Növbəti valyuta hərracı keçirilib

Banklar 21 oktyabr 2021, 16:29

21 Oktyabr 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 50,6 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Xatırladaq ki, 19 Oktyabr 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 60 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.

2021-ci ilin əvvəlindən bu yana keçirilmiş 77 valyuta hərracında banklara 4 milyard 684,82 milyon dollar satılıb.

Qeyd edək ki, hərracda kommersiya bankları iştirak edə bilər.

DİGƏR XƏBƏRLƏR

Loading
Top