Azərbaycanın bank sektorunun aktivləri ilin əvvəlindən 8%-dək artıb

Banklar 22 oktyabr 2021, 18:00

Azərbaycanda 30 sentyabr 2021-ci il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 34 526,5 mln. manat, cəmi öhdəlikləri 29 655,2 mln. manat, balans kapitalı isə 4 871,3 mln. manat təşkil edib.

Karvannews.com-un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, aylıq müqayisədə cəmi aktivlər 3,3%, ilin əvvəli ilə müqayisədə 7,7%, illik müqayisədə isə 12,8% artıb.

Bank sektorunun cəmi öhdəlikləri son bir ayda 3,6%, ilin əvvəlindən 8,4%, illik müqayisədə isə 14,1% artaraq 29 655,20 mln. manata çatıb.

Cəmi kapital aylıq müqayisədə 1,2%, ilin əvvəlindən 3,7%, illik müqayisədə isə 5,3% artaraq 4 871,30 mln. manata çatıb.

DİGƏR XƏBƏRLƏR

Loading
26 noyabr 11:20
Top