Azərbaycanda 22 bankın qeyri-faiz xərcləri artıb

Banklar 24 noyabr 2021, 15:32

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu ilin yanvar-sentyabr aylarındakı qeyri-faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Bunlar “Bank BTB” və “AFB Bank” ASC-lər, eləcə də İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.

Qalan 22 bankın isə qeyri-faiz xərcləri artıb. Ən yüksək dinamika “Rabitəbank” ASC-də (59,5%), ən aşağı dinamika isə “Azərbaycan Sənaye Bankı” ASC-də (1,2%) qeydə alınıb. Ən çox azalma Pakistan bankında (16,8%), ən az azalma isə “Bank BTB”də (3%) qeydə alınıb.

XXX

4 bankın 9 aylıq qeyri-faiz xərcləri 60 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu ilin yanvar-sentyabr aylarındakı qeyri-faiz xərcləri 60 milyon manatdan çox olub.

Bunlar “Kapital Bank” (236 milyon 789 min manat), “Azərbaycan Beynəlxalq Bankı” (154 milyon 941 min manat), “PAŞA Bank” (126 milyon 292 min manat) və “Unibank” (68 milyon 803 min manat) ASC-lərdir.

Qalan 22 bankdan 16-da qeyri-faiz xərcləri 10-50 milyon manat arasında, 5 bankda faiz xərcləri 1-10 milyon manat arasında, 1 bankda isə 1 milyon manatdan azdır./renkinq/

DİGƏR XƏBƏRLƏR

Loading
Top