Unibank rəhbərliyində yeni təyinat

Banklar 25 noyabr 2021, 13:01

“Unibank KB” ASC Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Fərid Abuşov İdarə heyəti sədrinin birinci müavini təyin edilib. Bu təyinatadək o, İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı. Fərid Abuşov eyni zamanda “Unibank”ın İcraçı direktoru vəzifəsinə də təyinat alıb. 

Fərid Abuşov 2007-ci ildən bank sektorunda çalışır. 2019-cu ilin iyun ayından Unibank komandasına qoşulub. O, Böyük Britaniyanın University College London (UCL) Universitetinin “İqtisadiyyat” və Royal Holloway Universitetinin “Ekonometrika və İqtisadiyyat” ixtisasları üzrə məzunudur.

DİGƏR XƏBƏRLƏR

Loading
26 noyabr 11:20
Top