Vergi ödəyiciləri tərəfindən könüllü bəyan edilən dövriyyə 15% artıb

Hüquq və qanunvericilik 25 fevral 2022, 17:02

Ötən il vergi ödəyiciləri tərəfindən könüllü bəyan edilən dövriyyədə 15% artım qeydə alınıb.

Karvannews.com xəbər verir ki, bunu "İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru" mövzusunda sahibkarların iştirakı ilə video-formatda keçirilən Forumda çıxış edən Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəisi Elçin Ağakiçiyev deyib.

Onun sözlərinə görə, 2020-ci ilə nisbətən ötən il vergi hesablamaları 24% artıb.

"Səyyar və kameral vergi yoxlamaları ilə hesablanan vergi öhdəlikləri ümumi vergi öhdəliklərində xüsusi çəkiləri müvafiq qaydada aşağı düşüb ki, bu da könüllü əməletmənin əyanı sübutudur", - deyə E. Ağakişiyev qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top