Vergi ödəyicilərinə ötən il 260 mindən çox "Asan İmza" sertifikatı verilib

Hüquq və qanunvericilik 01 mart 2022, 16:01

2021-ci ildə Azərbaycanda vergi ödəyicilərinə 165 424 müraciət üzrə 261 984 “Asan İmza” sertifikatı verilib.

Karvannews.com xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədovun qurumun rəsmi saytında dərc olunan müsahibəsində bildirilir.

Xidmət rəsmisinin sözlərinə görə, qüvvədə olan “Asan İmza” ilə mövcud “Asan İmza” sertifikatının (sertifikatlarının) yenilənməsi və yeni sertifikatların verilməsi elektron xidmətləri vasitəsilə vergi ödəyicilərinə 14 240 “Asan İmza” sertifikatı verilib.

“Dövr ərzində biznes sertifikatı əldə edən vergi ödəyicilərinin 51,3%-ni əvvəllər biznes tipli “Asan İmza” sertifikatı olmayan, sözügedən sertifikata ilk dəfə yiyələnən vergi ödəyiciləri təşkil edib”, - deyə E. Məmmədov qeyd edib.

O həmçinin əlavə edib ki, 2021-ci ildən etibarən vergi ödəyicilərinə xidmət mərkəzlərində müraciətlərin qəbulu zamanı rəqəmsal əl imzasının tətbiqinə başlanılıb və nəticədə kağız daşıyıcısında qəbul olunan müraciətlərin 93,6 - 95% aralığında elektron formada tərtib olunması təmin olunub. “Kağız daşıyıcılarda sənəd dövriyyəsinin 93,6 - 95% azaldılması nəticəsində göstərilən xidmətlərin müddətlərinin və inzibati xərclərin azaldılmasına, ətraf mühitin qorunmasın və pandemiya dövründə sənədlər vasitəsilə virusun yayılmasının qarşısının alınmasına əhəmiyyətli dərəcədə nail olunub”, - deyə E. Məmmədov bildirib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top