Avtomobillərə aksiz vergisinin hesablanması

Hüquq və qanunvericilik 28 mart 2022, 15:40

Vergi Məcəlləsinə son dəyişiklikdə istehsal tarixi 10 il olan və benzinlə işləyən avtomobilin idxalı zamanı aksiz məbləğinin hesablanmasında hər hansı yenilik edilibmi? İstehsal tarixi 5 il və mühərrikinin həcmi 3500 kubsantimetr olan avtomobilin idxalı zamanı aksiz məbləği necə hesablanır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda aksiz Vergi Məcəlləsinin 190.4.1-ci və 190.4.1-3-cü maddələrinə əsasən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə görə 1, 2 yüksəldici əmsal tətbiq edilməklə hesablanır.

Vergi Məcəlləsinin 190.4.1-3-cü maddəsinə əsasən, mühərrikinin həcmi 3.000 kubsantimetrdən çox olan avtomobillərin istehsal tarixi 3 ildən artıq olarsa, aksiz məbləği 5.600 manat + mühərrikin həcminin 3.001-4.000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 15 manat olmaqla hesablanır.

DİGƏR XƏBƏRLƏR

Loading
Top