Tədiyyə növləri və sahələr üzrə vergi daxilolmalarında ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artımlar olub.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov şəxsi “Facebook” hesabında paylaşım edib.
Nazir qeyd edib ki, sözügedən artımlar qeyri-neft sektorunda müşahidə edilən müsbət dinamika şəraitində 2022-ci ilin yanvar-fevral aylarında qeydə alınıb.