Naxçıvanda dəyəri 11,8 mln. manatdan çox olan aqrar avadanlığa güzəşt tətbiq edilib

Kənd təsərrüfatı 06 aprel 2022, 13:29

“Naxçıvan Aqrolizinq” ASC tərəfindən ümumilikdə 1180 sahibkara lizinqə verilən aqrar texnikalara görə 11,841 mln. manat dəyərində güzəşt tətbiq edilib.

Karvannews.com xəbər verir ki, ASC tərəfindən fəaliyyəti dövründə 3471 texnika və texnoloji avadanlıqlar alınıb, onlardan 2,9 mini sahibkarlara lizinqə verilib.

Hazırda ASC-nin bazasında 473 texnika və avadanlıq mövcuddur. 2021-ci ildə və cari ilin üç ayı ərzində 184 müxtəlif kənd təsərrüfatı avadanlığı lizinq yolu ilə kiçik ailə təsərrüfatı sahiblərinə verilib.

Bununla yanaşı ötən il - 327, bu ilin ötən dövründə isə sahibkarların sifarişləri əsasında 138 ədəd müxtəlif kənd təsərrüfatı texnikası alınıb. 2021-ci ildə alınan texnikalardan 249-u lizinqə, 97-si nağd, 2022-ci ildə isə 32-si lizinqə, 2-si isə nağd olmaqla, ümumilikdə, 380 texnika və texnoloji avadanlıqlar sahibkarlara təqdim edilib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top