Azərbaycanla İsrail arasında kənd təsərrüfatı üzrə əməkdaşlıq müzakirə ediləcək

Kənd təsərrüfatı 16 may 2022, 17:51

Azərbaycan və İsrail kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Bunu Azərbaycan Respublikası kənd təsərrüfatı nazirliyinin protokol rəhbəri Toğrul Qafarbəyli deyib.
Onun sözlərinə görə, mayın 18-dən 20-dək Bakıda keçiriləcək “Caspian Agro” kənd təsərrüfatı sərgisi çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə iki ölkənin sahə strukturlarını bir araya gətirəcək biznes forum keçiriləcək.
“Həmçinin İsrailin Kənd Təsərrüfatı Nazirliyi ilə bilavasitə texnoloji əməkdaşlıq və bu texnologiyaların Azərbaycana transferi məsələlərinin də müzakirəsi aparılacaq”, - deyə Toğrul Qafarbəyli qeyd edib.
Qeyd edək ki, Bakıda keçiriləcək danışıqların əsas mövzularından biri də buğdanın İsrailə ixracı olacaq. İsrailin Azərbaycanı kənd təsərrüfatı sahəsində ən son texnologiyalarla təmin etməyə hazır olduğu bildirilib ki, bu da qısa müddətdə ölkədə buğda istehsalının artırılmasına yönəlib. apa

DİGƏR XƏBƏRLƏR

Loading
Top