Bu ilin yanvar-mart aylarında 114,1 min hektar sahədə və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,8% az yazlıq bitkilərin səpini aparılıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yaz əkininin əvvəlindən 4 114,8 hektar sahədə buğda əkilib ki, bu da ötən ilə nisbətdə 3,2 dəfə çoxdur.
Bu dövrdə 2 157,2 hektar sahədə (ötən ilin müvafiq göstəricisindən 31,7% az) qarğıdalı, 29 064,8 hektar sahədə (azalma 0,5%) kartof, 1 650,4 hektar sahədə isə (artım 3,1 dəfə) emal üçün nəzərdə tutulan şəkər çuğunduru əkilib.
Yazlıq bitkilərin əkini üzrə göstəricilər:
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yaz əkininin əvvəlindən 4 114,8 hektar sahədə buğda əkilib ki, bu da ötən ilə nisbətdə 3,2 dəfə çoxdur.
Bu dövrdə 2 157,2 hektar sahədə (ötən ilin müvafiq göstəricisindən 31,7% az) qarğıdalı, 29 064,8 hektar sahədə (azalma 0,5%) kartof, 1 650,4 hektar sahədə isə (artım 3,1 dəfə) emal üçün nəzərdə tutulan şəkər çuğunduru əkilib.
| Yanvar-mart | 2022-ci ilin yanvar-mart ayları 2021-ci ilin yanvar-mart aylarına nisbətən, faizlə | ||
| 2022 | 2021 | ||
| Yaz əkininin əvvəlindən əkilmişdir | 114 116,8 | 117 431,5 | 97,2 |
| Dənlilər və dənli paxlalı bitkilər (qarğıdalısız) | 14 919,5 | 13 511,3 | 110,4 |
| onlardan: buğda |
4 114,8 |
1 291,7 |
3,2 dəfə |
| vələmir | 4 539,4 | 5 754,6 | 78,9 |
| Qarğıdalı | 2 157,2 | 3 158,6 | 68,3 |
| o cümlədən dən üçün | 2 157,2 | 2 929,6 | 73,6 |
| Dən üçün günəbaxan | 736,0 | 1 006,7 | 73,1 |
| Şəkər çuğunduru (emal üçün) | 1 650,4 | 529,8 | 3,1 dəfə |
| Kartof | 29 064,8 | 29 198,3 | 99,5 |
| Tərəvəz | 24 611,5 | 24 676,4 | 99,7 |
| Bostan bitkiləri | 4 356,0 | 4 100,5 | 106,2 |
| Birillik otlar | 514,9 | 415,2 | 124,0 |
| Çoxillik otlar | 36 106,0 | 40 820,2 | 88,5 |
| Sair yazlıq bitkilər | 0,5 | 14,5 | 3,4 dəfə |