AİB bu il Azərbaycanın kənd təsərrüfatındakı gözlənən artımı açıqlayıb

Kənd təsərrüfatı 07 aprel 2022, 14:02

Bu il Azərbaycanın kənd təsərrüfatı sektorunda 6%-lik artım gözlənilir.

Karvannews-un məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının (AİB) "Asian Development Outlook 2022" hesabatında deyilir. 2023-cü ildə isə 5,5%-lik artım tempin proqnozlaşdırılır.

Hesabatda qeyd edilir ki, Rusiya və Ukraynadan ərzaq məhsullarının təchizatının daralması fonunda dövlətin yanacaq subsidiyaları və lizinq proqramı hesabına daxili kənd təsərrüfatı istehsalının genişlənməsinə təkan veriləcək.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda 9 163,4 mln. manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdu ki, bu da real ifadədə 2020-ci il ilə müqayisədə 3,4% çoxdur.

DİGƏR XƏBƏRLƏR

Loading
Top