Karvannews “Atəşgah” Sığorta Şirkətinin Pərakəndə Satış idarəsinin rəisi Rüfət Ağazadədən Daşınmaz Əmlakın İcbari Sığortası barədə müsahibəsini təqdim edir.
- Son günlər ardıcıl olaraq baş verən partlayış, yanğın, subasma və s. kimi hadisələr fonunda vətəndaş və sahibkarların daşınmaz əmlak sığortasına olan yanaşmasını və ya bu növ barədə məlumatlılığını necə dəyərləndirərdiniz?
- 2011-ci ildən qüvvədə olan daşınmaz əmlakın icbari sığortası (“DƏİS”) yalnız 2019-cu ildə cəmiyyətdə geniş müzakirələrə səbəb oldu və gündəmə gəldi. Dünyanın, o cümlədən ölkəmizin pandemiya ilə qarşılaşması yaranan o aktivliyi bəlli səbəblərə görə səngitdi. Lakin ötən ilin sonundan Mərkəzi Bankın dəstəyi ilə Azərbaycan Sığortaçılar Assosiyasıyasının (ASA) apardığı geniş təbliğat, eyni zamanda “Atəşgah” Sığorta Şirkətinin birbaşa ərazidə, yəni fərdi ev sahibləri, bina sakinləri və sahibkarlar ilə üçün keçirdiyi maarifləndirici tədbirlər əhalinin və sahibkarların məlumatlılığını və müvafiq olaraq sığortalı mənzillərin və obyektlərin sayını getdikcə artırdı.
- Daşınmaz əmlakın icbari sığortası ilə bağlı məlumat verərdiniz. Bu növ hansı risklərə təminat verir, hansı əmlaklara şamil edilir, tarif və təminat dəyəri hansı həcmdədir?
- Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın, təbii fəlakət və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansi formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədini daşıyır. Göstərilən məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir.
Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.
- Bəs daşınmaz əmlakın sığortası üzrə azadolma məbləği nə qədər təşkil edir?
- Sığorta məbləğləri, franşizalar (azadolma məbləği) və sığorta haqları aşağıdakı kimidir:
Yaşayış məntəqəsinin adı |
Sığorta məbləği (azn) |
Franşiza (azn) |
Sığorta haqqı (azn) |
Bakı şəhəri |
25 000 |
250 |
50 |
Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri |
20 000 |
200 |
40 |
Digər yaşayış məntəqələri |
15 000 |
150 |
30 |
Franşiza (azadolma məbləği) – Franşiza sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.
- Atəşgah Sığorta şirkəti olaraq bu sığorta növü üzrə ödənişləriniz barədə məlumat verərdiniz. 2021-ci ildə və cari ilin ilk rübündə DƏİS üzrə ən böyük ödənişinizin həcmi nə qədər olub və həmin hadisələr nə ilə bağlı olub?
- 2021-ci il ərzində daşınmaz əmlakın icbari sığortası üzrə cəmi sığorta ödənişimiz 99 мин 423 AZN, bu ilin ilk rübündə isə 24 мин 833 azn təşkil edibdir. Son dövrün ən böyük sığorta ödənişi 24 750 AZN məbləğində, fərdi yaşayış evində elektrik naqillərində qısa qapanma nəticəsində yaranan yanğına görə olmuşdur. Qeyd edim ki, fərdi ev sahibi əmlakını 50 AZN ödəyərək sığortalamışdı və göründüyü kimi sığorta onun ciddi maddi itkisini qarşılamışdır. Ümumilikdə isə sığorta ödənişlərimiz arasında qaz sızması, partlayış, subasma, qısa qapanma səbəbindən yaranan yanğın kimi sığorta riskləri üstünlük təşkil edir.
- Son olaraq, əhalidə istər daşınmaz əmlakın icbari sığortası, istərsə də ümumi sığorta vərdişlərinin formalaşdırılması və maarifləndirmə ilə bağlı nə kimi addımlar atılır və ya atılmalıdır?
- Yuxarıda qeyd etdiyim kimi, Mərkəzi Bank və ASA son aylarda aktiv təbliğat işi aparır. Bu təbliğat həm Kütləvi İnformasiya Vasitələrində, həm də sosial şəbəkələrdə aparılır. Fərdi ev sahibləri , bina sakinləri, eyni zamanda sahibkarlarla bu mövzuda sığorta məsləhətçilərimiz görüşlər keçirir. Çalışırıq sığortanın və özəlliklə də “DƏİS”in nə dərəcədə əlçatan, eyni zamanda gözlənilməz hadisələr zamanı faydalı olduğunu geniş kütləyə çatdıraq./fed.az/