"Müştərilərə qarşı daha tolerantı​q" - MÜSAHİBƏ

MÜSAHİBƏ 05 may 2022, 14:01
Karvannews “Lunchef” Catering şirkətinin təsisçisi və rəhbəri Nilufər Qarayeva ilə müsahibəni təqdim edir.
 
- “Lunchef” Catering şirkətini necə qurdunuz?

- Şirkəti 2016-cı ildə təsis etmişəm. 50 kvadrat metrlik yerdə, 2500 manat büdcə ilə özümü sınamaq qərarına gəldim. Xırda bir araşdırma etdik, baxdıq ki, əksər adamların bu haqda məlumatı yoxdur. Çünki, "catering" daha çox korporativ yönümlü idi. Mən də qərara gəldim ki, bu yöndə kiçik bir yer açım və o istiqamətdə irəliləyim. Məkanı təmir elədim. Təmir işi bitən kimi ərazi plana düşdüyü üçün həmin yeri sökdülər. Məcbur olub işə başlamadan ordan çıxası oldum. Başqa yerə köçüb işə yenidən davam etdim.
 
- Bəs ailəniz dəstək göstərdi?
 
- İşə başlayanda ailəmdən heç kim bilmirdi ki, bu işə baş qoşmuşam. İstəmirdim narahat olsunlar. Üçüncü ayda artıq işimin artdığını, satışın yüksəldiyini gördüm. Xeyir qazana bildiyim üçün qərara gəldim ki, ev əhlini bu işdən xəbərdar edim. Ailəm mənə yer barəsində dəstək oldu. Bundan sonra daha yaxşı yerə köçüb işimə davam elədim. Yeni yerdə də işim yaxşı getdi, işlər artdı və artdığı üçün yer mənə dar gəldi. Həmin yeri iki dəfə böyütdüm. 156 kvadrat metr mətbəxi oldu. Daha sonra bizdə iki istiqamət yarandı. Çalışa-çalışa nəyi necə formalaşdırmaq lazımdır. Danışdığım kimi asan olmadı. Çətinliklər, problemlər, sıxıntılar oldu. Ən əsası bu sahədə heç bir təcrübəm yox idi. Magisturaturanı bitirib, birbaşa işə başladım. Heç bir yerdə çalışmamışdım. Sıfırdan, qarışımda böyük bir qaranlıq, xidmət sferasını bilmirəm, sadəcə ordan-burdan maraqlanaraq öyrənə bilirdim. Sıx rejimlə, zəhmətlə özümü inkişaf etdirə bildim.
 
- Şirkətin xidmətinə nələr daxildir?
 
- Şirkətlərin isti qida ilə təminatı, fərq etməz, bu bir dəfə də, gün ərzində 4 dəfə də ola bilər. Həmçinin tədbirlərin, ofislərin açılışı, kofe breklərin, furşetlərin, İsveçrə stollarının təşkili, dietik, vegeterian məhsullar da bura aiddir.
 
 
- Hansı məşhur şirkətlərlə əməkdaşlıq etmisiniz?
 
- Dəniz hərbi qüvvələri ilə əməkdaşlığımız olub. Formula 1-də, Cristall holl-da iştirak etmişik. Premium Mining, Azmicon, Azorel, Cinemaplus-u da qeyd edim. Abşeron Loqistikdə tədbirlərimiz olub. Avto-Lux, Nurgun-Motors və.s. Şirkət olaraq bir çox fəaliyyətlərimiz olub. Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanovun "Azərbaycan mətbəxində Dolmalar: 381 çeşid" kitabının təqdimatını biz təşkil etmişdik. Orada çox maraqlı bir konsepiya yaranmışdı. Biz milli mətbəxi “kanapil”lərlə sintez etmişdik. Eyni zamanda başqa bir çox tədbirlərə də imza atmışıq. Dövlət tədbirlərindən, muzeylərdə tədirlərin təşkilini hazırlamışıq.
 

 
- Pandemiya dövrü şirkətinizə necə təsir göstərdi?
 
- Pandemiyanın şirkətimizə mənfi təsiri oldu. Hansı ki, ofisdə işləyənlər və həmin şirkətlərin işçiləri evdən işlədiyinə görə müştəri sayımızda azalma müşahidə olundu. Gəlirin azalmasına səbəb oldu. Buna baxmayaraq bir neçə ay işçiləri az maaşla təmin etmədik. Bir işçimiz İkinci Qarabağ savaşında iştirak etdi. Onun da əməkhaqqı vaxtı-vaxtında təmin olundu. Ödənişini asiləsinə verdik. Yəni, xırda şirkət olsaq da işçilərimizdən bunu əsirgəmədik. Pandemiyadan öncə bizdə 3 mətbəx vardı. Pandemiya zamanı mətbəxləri birləşdirdik. Və bu şəkildə fəaliyyətimizə davam etdik.
 
- Sizin şirkəti digər şirkətlərdən fərqləndirən xüsusiyyət nədir?
 
- Bir şikəti digər şirkətlərdən fərqləndirən xüsusiyyət onun imici, kadrı, rəhbərləridir. O imici yaratmaq lazımdır. Sahibkar özü imic yaratmalıdır. Bunun da təbii ki, xidmətə müstəsna təsiri olur. Müştəriyə humanist və tolerant davranmaq lazımdır. Bizim fərqimiz ondan ibarətdir ki, müştərilərə qarşı daha humanist və tolerant davranırıq. Daim öz üzərimizdə işləyirik. Şirkətin yaranmasından bu günə kimi məndə öncəlik odur ki, müştəri məmnuniyyəti ön planda olsun. Hansı şirkət əgər deyirsə ki, müştəri haqlıdır, mən buna inanmıram. Hər bir şeydə müştəri gözəllik axtarırsa bu da "catering" şirkətlərini çox qıcıqlandırır. Onlar da çox vaxt imtina edirlər.
 
- Gələcək haqqında nə planlarınız var?
 
- Gələcəklə bağlı planıma gəldikdə isə ilk növbədə ölkə səviyyəsində "catering" xidməti olaraq tanınmaqdır. Arzum budur ki, şirkətimiz bir çox şirkətlərlə əməkdaşlığa imza atsın. Onların daimi müştərilərinə çevrilsin. Xidmətimiz hər zaman yüksək səviyyədə olsun. 5 ildən çoxdur ki, şirkətimiz fəaliyyət göstərir. Artıq oturuşmuş şirkətik. İnşallah gələcəkdə daha da mükəmməl şirkət olarıq. Mən istəyərəm ki, lunchef-in kiçik bir "kofeshop"u bir neçə yerdə olsun. Xidmətimiz mükəmməl olacaqsa istərdim milli yeməklərimizlə dünyaya da çıxa bilək. Fərqli ölkələrin mətbəxi də ola bilər. Planım əslində budur.

QEYD: Şirkətin instagram səhifəsi - lunchefcatering.az

DİGƏR XƏBƏRLƏR

Loading
Top