Artıq 30 müştərinin aylıq kreditini “Kapital Bank” ödəyib

Banklar 29 aprel 2022, 13:31

Xəbər verdiyimiz kimi, “Kapital Bank” nağd pul krediti götürən müştərilər üçün ənənəvi “Kreditini biz ödəyək” adlı stimullaşdırıcı lotereya keçirir. Şərtlərə görə, 4 aprel – 8 may 2022-ci il tarixləri arasında onlayn kanallar vasitəsilə kredit götürən müştərilər avtomatik olaraq lotereyada iştirak edib, qalib ola bilərlər.

Bankdan verilən məlumata görə, 28 aprel tarixində lotereyanın 3-cü tirajı keçirilib və daha 10 müştəri kreditinin aylıq ödənişini hədiyyə qazanıb. Qaliblərin siyahısı sayta əlavə olunub – http://www.bit.ly/3Ka30.

Lotereya aksiyası hələ də davam edir. 5 may 2022-ci il tarixində keçirilən tiraj zamanı həftə üzrə 10 müştərinin maksimum 500 AZN olmaqla aylıq kredit ödənişi bank tərəfindən ödəniləcək. 12 may 2022-ci il tarixində keçiriləcək son tirajda isə ümumilikdə lotereyada iştirak hüququ qazanan, hətta əvvəlki tirajlarda qalib olan 3 müştərinin maksimum 10 000 AZN olmaqla bütün kredit məbləği Kapital Bank tərəfindən ödəniləcək. Lotereyada iştirakınızı yoxlamaq üçün – https://bit.ly/3j5W1.

Qeyd edək ki, əməkhaqqını “Kapital Bank” və ya digər banklardan alanlar 30 000 manatadək nağd pul kreditini maksimum 60 ayadək ala bilərlər. Nağd pul kreditinin illik faiz dərəcəsi 15%-dən başlayır, nağdlaşma komissiyası isə 0% təşkil edir. Kredit üçün https://www.kapitalbank.az saytına, Birbank rəqəmsal bankına, 8196 qısa nömrəsinə 1 yazıb göndərməklə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək kifayətdir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top