Mərkəzi Bank Taleh Kazımovun sədrliyilə ilk faiz qərarını açıqlayıb

Banklar 29 aprel 2022, 12:44

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsini dəyişilməz olaraq 7,75% saxlayıb.

Karvannews xəbər verir ki, bu barədə qurumun yeni sədri Taleh Kazımov keçirdiyi mətbuat konfrasında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi yenidən 6,25%, yuxarı həddi isə 9,25% olaraq müəyyən edilib. Bu qərar bu gündən qüvvəyə minir.

Qeyd edək ki, bu, Mərkəzi Bankın yeni İdarə Heyətinin sədri Taleh Kazımovun dövründə qəbul edilən ilk faiz qərarıdır.

DİGƏR XƏBƏRLƏR

Loading
Top