2020-ci ildə bank sektorunun restrukturizasiyası çərçivəsində lisenziyası geri çağırılmış 4 bank üzrə kompensasiya ödənişlərinin verilməsi 2021-ci ildə də davam etdirilmişdir.
Karvannews Mərkəzi Banka istinadən xəbər verir ki, 31.12.2021-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən 25 mindən artıq əmanətçiyə ümumilikdə 660.9 mln. manat məbləğində kompensasiya ödənilmişdir.