“Ən çox avropa məhsulları satılır” – Müsahibə

MÜSAHİBƏ 11 yanvar 2021, 12:40
Karvannews TS Motor MMC şirkətinin marketing/PR meneceri İsayev Hüseynlə müsahibəni təqdim edir.  
 
- TS Motor MMC şirkəti haqqında məlumat verərsiniz. Neçənci ildə şirkət qurulub?

- TS Motors MMC  2017-ci ildən bəri fəaliyyət göstərir. Bazarda müştərilərimiz bizi əsasən Top Servis Təkər Dünyası olaraq tanıyırlar. Mağazalarımız Top Servis adı ilə fəaliyyət göstərir. Bir brend kimi. Belə ki, biz hal-hazırda 24 dünya brendinin idxalı və satışı ilə məşğuluq. 

- Azərbaycanda avtomobil şirkətlərinin rəsmi ehtiyat hissələri satış şəbəkələri ilə yanaşı, geniş şəbəkəyə malik avto ehtiyat hissələri satış mağazaları da fəaliyyət göstərir. Sizin şirkətin neçə mağazası fəaliyyət göstərir?

- Bizim hal-hazırda 7 mağazamız fəaliyyət göstərir. Regionlarda isə Şəkidə mağazamız var. Yaxın günlərdə Gəncədə, Qusarda və Masallıda mağazalarımız açılacaq.

- Avtomobillər üçün ehtiyat hissələrinin satışı hansı vəziyyətdədir? Ehtiyat hissələri əsasən hansı ölkələrdən və istehsalçılardan alınır? Qeyri-rəsmi mağazalarda satılan ehtiyat hissələri barədə nələri deyə bilərsiniz?

- Biz əsasən təkər və akkumlyator satışı ilə məşğuluq. Bir çox brendin rəsmi distribyutoruyuq. Təkərlərimiz əsasən Avropa ölkələri, Türkiyə, ABŞ, Rusiya və Çindən gəlir.

- Digər şirkətlərin məhsullarından sizin məhsullar hansı özəllikləri ilə seçilir?

- Bizim Top Servis olaraq digərlərindən ən əsas fərqimiz seqment fərqliliyidir. Yəni bizim mağazalarımızda istədiyiniz seqmentlərdə məhsulu rahatlıqla tapa bilərsiniz. Qeyd etmək istəyirəm ki, məhsullarımız Avropa standartlarına uyğundur.

- Başqa hansı xidmətlər üzrə fəalliyət göstərirsiniz?

- Servis xidmətləri, yağlama, elektrik, mühərrik, çilingər, təkər balansı və rot ayar (razval).

- Sizinlə rəqabət aparan hansı şirkətlər var?

- Təbii ki. Bazar genişdir. Rəqabət olmadan inkişaf olmaz. Hər hansı bir şirkətin adını çəkməyim düzgün olmaz deyə düşünürəm.

- Ən ucuz və ən bahalı təkərlər hansı brendlərdi?

- Ən ucuz və ən bahalı təkər brendi deyə yanaşsaq düzgün olmaz deyə düşünürəm. Çünkü hər brendin ucuz və bahalı məhsulları var. Belə deyə bilərəm sizə, Çin və Rusiya təkərləri ucuzdur digərlərinə nisbətən. Michelin, Good Year, Continental, Pirelli, Bridgestone kimi brendlər daha bahadır.

- Alıcılar daha çox hansı ölkənin təkər məhsuluna üstünlük verir?

- Bakı bazarı üçün ən çox satılan təkərlər daha çox Avropa istehsalı təkərlərdir. Regionlarda isə Rusiya və Çin məhsulları daha çox üstünlük təşkil edir.

- Pandemiya şirkətinizə necə təsir edir? Məhsula tələbat azalıbmı?

- Hər sektorda olduğu kimi bizim sektorda da mənfi yöndə təsirləri oldu. Məhsula tələbatda bununla paralel olaraq azalıb. Dijitallaşan dünyada bizdə geri qalmadıq.
Topservis.az Online platformasını yaratdıq bunun üçün xüsusi olaraq. Saytımızda bütün məhsullarımız haqqında ətraflı məlumat yer alır. Müştərilərimiz artıq həm online şəkildə, həm də mağazalarımıza yaxınlaşaraq xidmətlərimizdən yararlana bilərlər.

- İkinci Qarabağ müharibəsi vaxtı bəzi qurumlar, hətta BNA-da daxil olmaqla cəbhəyə xeyli sayda təkər göndərdi. Bəs sizin şirkət orduya və cəbhəyə necə dəstək oldu?

- Bəli təbii ki. Vətən hamımızındır. Bizim şirkətin əməkdaşlarından da müharibə dövründə könüllü olaraq həm ön, həm arxa cəbhədə iştirak edənlər oldu. Top Servis olaraq isə Azərbaycan Silahlı Qüvvələr fonduna 100.000 AZN dəyərində maddi dəstək göstərdik. Əlavə olaraq cəbhə xəttinə servis avadanlıqları, təmizlik üçün mobil hamam, isti geyim, yataq dəsti, hərbi avtomobillər üçün 140 ədəd təkər, ambulator müayinə üçün ləvazimatlar və ərzaq məhsulları göndərdik. Müharibə şəraitində bir çox dövlət idarələrinə, o cümlədən, Sərhəd Qoşunları, Səhiyyə Nazirliyi, AzərEnerji, Azərİşıq, AzərSu, Fövqaladə Hallar Nazirliyi və Aztelecoma uzunmüddətli ödəniş şərti ilə təkər və akkumlyator verdik.
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top