Fransada yaşayan azərbaycanlı alim: “Erməni lobbisi qanunları pozurdu” – Müsahibə

MÜSAHİBƏ 19 fevral 2021, 10:36
Karvannews Fransada yaşayan soydaşımız, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, gənc alim, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Günel Səfərova ilə müsahibəni təqdim edir.
 
- 10 ildən çoxdur ki, Fransada yaşayırsınız. Fransada yaşamaq üçün qarşınıza bir məqsəd qoymuşdunuz, yoxsa bu təsdüfən oldumu?

- Fransayla məni ilk bağlayan əlaqə Evian şirkəti oldu. Evianın Azərbaycan üzrə brend meneceri idim. İşlə bağlı Fransaya getdim. Daha sonra burda ixtisasımı artırmaq üçün magistr dərəcəsi aldım. Elmlər namizədliyi üçün qəbul olundum. Bu çoxdanki arzum idi. Uzun illər Fransa ilə Amerika arasında təhsil sistemində çalışdım. Doktoranturamı bitirdim. Hal-hazırda iqtsadiyyat üzrə elmlər doktoru dərəcəsi almışam. 14 ildi Fransada yaşayıram. 
 
- Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının və “Alim” elmi cəmiyyətinin rəhbərisiniz. Maraqlıdır, bu birliklərə necə vaxt tapırsınız?

- İxtisasım idarəetmə üzərdir. Tədris etdiyim dərslərin arasında mütləq surətdə taym menecment  mövsuzusuna da toxunuruq. Ümumiyyətlə, indiki dövrdə, informasiya çoxluğunda, texnologiyanın inkişaf etdiyi zamanda hər şeyə vaxt tapmaq çox çətin olur. Bunlara baxmyaraq, bunları avanataj kimi istifadə edib vaxtı daha səmərəli bölmək olar. Tədris etdiyin fəndə gərək ki, özün də nümunə olasan. Bu da təbii ki, yaxşı təşkli edilmiş cədvələ uyğun edilir. Demirəm ki, asandı. Təbii ki, iş yükü ağırdır, amma mümkünsüz deyil. Təhsil aldığım müddətdə həmişə işləyərək oxumağa çalışmışam. Bu ritmi bu gün də saxlayıram. Hər bir təşkliatın bir ixtisas sistemi, fəaliyyət prinsipləri var. Hər bir təşkliatın üzləri də fərqlidir. Bu fərqlilik ümumiyyətlə, daha çox motivasiya verir, eyni zamanda da iş darıxdırıcı olmayanda daha çox maraq oyadır. Maraq olduğu zaman layihələrin tutumu, istəyir iştirakçıları, istəyir təşkilatçılığı, işlənməsi bunların hamısı çox maraqla keçdiyi üçün mən bu zaman kəsiyini gərçəkdən görmürəm. Əlbəttə ki, gün çox dolu olur. Hətta bəzən həftəsonları da çalışmalı oluram. Lakin birliklərin tərkibində gözəl komanda var. Və o komanda da buna zaman tapdığı üçün bu mənə asan olur. Heç bir işi, zamanı, zəhməti azaltmaq istəmirəm. Gözəl nəticələr olanda bu adama motivasiya verir. Daha gözəl işlər görməyə implus verir. Ona görə də hər şey təşkil olunmaqdan asılıdır. Bir ilə yaxındı onnlayın rejimdə çalışırıq. Bu zaman kəsiyindən maksimum dərəcədə istifadə eləməyə çalışıram. Ki, bəzi işlərdə daha tez irəliləyək.



- Fəaliyyətləri barədə ətraflı məlumat verərsiniz...

- 2018-ci ildə Fransa-Azərbaycan Dialoqu Assosiasiyası yaradıldı. Əsas məqsəd Azərbaycan mədəniyyətini, daha dəqiq desəm, mövcudluğunu Fransanın xüsusən Overn-Ron-Alp regionunda təbliğ etmək idi. Azərbaycan Diasporunun təşkilatı yox idi. Məqsəd də regionlarda Azərbaycan diasporlarının çoxalması idi. Bizim həyata keçirdiyimiz layihələr Fransanı əhatə edir. Əsas iş prinsipləri, bizim birliyin üzvləri və təsisçi üzvləri, Fransaya düzgün intiqre etmiş azərbaycanlılar, eyni zamanda da Azərbaycanla sıx əlaqəsi olan fransızlardır. Təşklilatımızın üzvləri əksərən fransızlardı. Burda məşhur Hacıbəylilər nəslinin davamçıları var, Tolstoyun kötücəsi var. Bir çoxlarının adını çəkə bilərəm ki, Azərbaycan üçün böyük layihələr həyata keçiriblər. Hal-hazırda həyata keçirdiyimiz layihələrin arasında Fransa Azərbaycan arasındakı mədəni, iqtisadi və sosial tədbirlərin üzərində köklənmişik. Əsas prinsip də ondan ibarətdir ki, bu əlaqəyə öz töhfəmizi verək.

İkinci birlik “Alim” elmi cəmiyyətdir. Bu cəmiyyət 2020-ci ildə yaradıldı. Ümumiyyətlə, hər iki təşkilat Fransada rəsmi olaraq qeyddiyatdan keçib. “Alim”in məqsədi ondan ibarətdir ki, Fransa və Azərbaycan arasındakı elm və təhsil sahəsində layihələr həyata keçirməkdir. Bu layihələrdə əməkdaşlıqları çoxaltmaqdır. Təşkilatın üzlərinin 99 faizi elmlər doktorudur.
 
- Paralel olaraq Fransa Azərbaycanlıları Koordinasiya Şurasının koordinatorusunuz. Hansı funksiyanı yerinə yetirirsiniz?

- Əsas iş, burda fəaliyyət göstərən təşkilatların işlərin harmoniya əsasında təşkil olunmasıdır. Bütün təşkilatlarla layihələrin birgə işlənməsidir. Fəaliyyət göstərmək üçün koordinasiyaların təşkil olunmasıdır. Avqust ayından bu günə kimi bir neçə onlayn görüşümüz olmuşdur. Məsələn, 20 yanvarla bağlı tədbir keçirmişdik. Bir neçə təşkilat rəhbərləri ilə. Bu Koordinasiya Şurasının işini biz ən labüd və zəruri şəkildə İkinci Qarabağ müharibəsi ərzində gördük. Koordinasiya şurasının işçi qrupu təşkil olunmuşdu və bu işçi qrupla birgə sosial şəbəkələrdə və eyni zamanda mediada Azərbaycan həqiqətlərini çatdırmağa çalışdıq. Bu yöndə çox təsirli fəaliyyət göstərdik. Bunun nəticəsini də gördük. Müsbət nəticələr oldu. Pandemiyaya görə fiziki görüşlər təşkil edə bilmirik. Bütün görüşlər onlayn müstəvidə keçirilir. Koordinasiyanın gələcəkdə fəaliyyət istiqamətləri çox şaxəli olacaq.
 
- Azərbaycandakı hər hansı bir elmi qurumla əməkdaşlıq edirsiniz?

- “Alim” elmi cəmiyyəti Azərbaycanda bir neçə universitetlə əlaqədədir. Eyni zamanda 2019-cu ildə Elmlər akademiyası ilə görüşümüz olmuşdu. Universitetlərlə əlaqə saxlamağımızın səbəbi də həmin universitetlərdən Fransaya gələn magistr və doktorantların Fransada doğru istiqamətləndirilməsi yönündədir. Həm də elmi məqalələrin yazılması istiqamətində danışıqların aparılmasıdır. Neft və Sənayə Universitetinin 100 illiyi ilə bağlı yubiley tədbiri keçirilmişdir. Bu konfrans keçən ilin noyabrında baş tutmuşdu. “Alim” elmi cəmiyyəti bu konfransın təşkilatında yer almışdı. Bizim iki təsisçimiz bu konfransa iştirak etmişdi. Həm təşkilatçılığında, həm də elmi məqalələrin yazılmasında.
 
 
- Gələcək üçün planlaşdırdığınız başqa məqsədələr, layihələr, ideyalar varmı?

- Ümumiyyətlə, həmin məqsədlər gözəl komanda işi olanda əlavə bir motivasiya, stimul verir. İstəklər, arzular, layihələr çoxdur. Hal-hazırda məqsəd pandemiya şəraitində iş prinsipi fərqlidir. Çünki görüşlər keçirmək olmur, toplaşmağa icazə yoxdu. Konfranslar, canlı yayımlar eləmək olmur. Bu əlbəttə ki, planların maştabını dəyişir. Hazırkı situasiyaya adaptasiya oluruq. Çalışırıq ki, layihənin formatını dəyişərək onlayın müstəvidə keçirək. Böyük layihələr az deyil. Elə bir şey yoxdu, deyim ki, keçirə bilmədik. Amma format dəyişildi və bu layihənin həyata keçməsi uzandı. Çünki zaman ona görə uzandı ki, hazırkı vəziyyət icazə vermir ki, biz işlərdə irəliləyək. İşləri dayandırır, tormuzlayır. Bu situasiya bizi məyus edir. Ancaq yenə də fəaliyyətimizi davam etdiririk. Pandemiyada özümü qoruyaq, sağlam qalaq.
 
 
- Bildiyiniz kimi, Fransada erməni lobbisi var. Qarabağ həqiqətlərini fransa xalqına çatdıra bilirsinizmi? Siz bu prosesdə necə müabrizə aparırsınız?

- Bu lobbinin Fransadakı təsir gücünü burada yaşayan azərbaycanlılar çox yaxşı bilir. İkinci Qarabağ müharibəsində bunun daha aydın və bariz şəkildə şahidi olduq. O mənada ki, bacardığımız qədər media orqanlarından çıxışlarımız oldu. İstədik ki, Azərbaycan həqiqətlərini fransız cəmiyyətinə media vasitəsilə çatdıraq. Şəxsən özümün üzləşdiyi problemlərdən deyə bilərəm ki, bir çox hallarda qərəzli münasibətlə qarşılaşdım. Müsahibəmi saxladılar, yayımlamadılar, dedilər, redaksiya buna icazə verməyəcəyik. Bir saatlıq müsahibəmdə bir cümlə ayırdılar, o da ən banal cümlə idi. Lakin ermənilərin müsahibələri isə işıqlandırıldı və yaxud da canlı yayımlarını da verirdilər. Bizi isə bir çox bəhanələrələ imtina edirdilər. Bunlar hamısı onu göstərirdi ki, lobbinin təsir gücü bəlli idi. Ancaq bu hal bizi heç cür ruhdan salmırdı, işimizə əngəl olmurdu. Biz bilirdik ki, haqlı mübarizə aparırıq. Dövlətimizin, şanlı ordumuzun apardığı mübarizədə həmişə arxasındayıq, dəstək oluruq. Zatən biz o dəstəyi göstərəcəkdik. Əlbəttə, bu bizim işi asanlaşdırmasa da, daha çox motivasiya verirdi. Mətbuatda çıxan məqalələrin, müsahibələrin müsbət təsirini gördük. Bu məsələyə qlobal yanaşmalıyıq. Çünki erməni lobbisi burda artıq 100 ildən çoxdu mövcuddur. Bundan başqa burda çoxlu radikal təşkilatlar var. Azərbaycan diasporu yaşadığı ölkənin qayda-qanunlarına həmişə hörmətlə yanaşır, düzgün inteqrasiya edir. Biz maksimum çalışırıq ki, fransa cəmiyyətinə xeyrimiz dəysin. İkinci Qarabağ müharibəsi zamanı Fransada xüsusi rejimli komendant saatı təyin olunmuşdu. Eyni zamanda pandemiyaya görə bir yerdə toplaşmaq qadağası vardı. Biz də müvafiq olaraq heç bir yürüş, aksiya etmədik. Qanunlara hörmət etdik, ancaq erməni lobbisi 600-dan çox üzvləriylə mitinqlər həyata keçirdilər, həm də dəfələrlə. Bu lobbi yaşadığı ölkənin qanunlarına belə hörmət etmədi. Əsas məqsədimizi sosial mediaya və sosial şəbəkələrə yönəltdik. Əvvələ baxanda neytral qalan fransızlar çoxalmağa başladı, heç də ermənilərin onlara illərlə dedikləri kimi deyil. Eyni zamanda “Alim” elm cəmiyyətinin video layihələri oldu. Həmin layihə çərçivəsində biz Fransada yaşayan azərbaycanlıların həyat hekayələrini yayımladıq. Məqsədimiz Azərbaycanın tolerant ölkə olmasını göstəmək idi.



Müharibə ərzində bütün deputatlara, senatırlara, ölkə prezidentinə bir çox məktublar göndərdik. O cümlədən dini qurumlara da məktublar göndərdik. Məktubalara cavablar gəldi və bizlərlə görüş istənildi. Bunlar mütləq ki, nəticə verəcək. Qələbəmizə görə Ali Baş Komandan İlham Əliyevə, şanlı ordumuza minnətdarıq. Onların uğurları bizə stinul verirdi. Doğurdan da güc birlikdədir.

Onu da qeyd edim ki, “Alim” elm cəmiyyəti şəhid və qazi övladlarının Fransada ali təhsil almağı üçün xidmətlər təklif edir. Biz bu məsələni birliklə müzakirə etdik. Biz bunu özümüzə mənəvi borc bilirik.
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top