Çempionlar Liqasının finalçılarına vəd olunan mükafatlar bəlli olub

İdman 07 may 2021, 18:01

Çempionlar Liqasının finalında üz-üzə gələcək “Çelsi” və “Mançester Siti”nin futbolçularına vəd olunan mükafatların məbləği bəlli olub.

Apasport.az saytının məlumatına görə, London təmsilçisindəki ümumi mükafat fondu 11 milyon funt sterlinqə çata bilər.

Finala vəsiqə üçün 5 milyon alacaq paytaxt klubunun üzvləri kuboku qazanmaqla daha 5 milyon əldə edəcək. İngiltərə kubokunun “Lester”lə finalındakı qələbə qazanılsa, bu, daha 1 milyon qazanc gətirəcək.

Bütün bonuslar futbolçular arasında bərabər bölünəcək. Bu isə hər oyunçunun təxminən yarım milyon qazanması anlamına gəlir.

“Mançester Siti”nin mükafatları daha fərqli olur. Əgər “Çelsi”də mövsümlük hədəf üçün müəyyənləşən məbləğ oyunçular arasında bərabər bölünürsə, “şəhərlilər” hər futbolçu ilə ayrı-ayrılıqda razılaşır.

Komanda Çempionlar Liqasını qazansa, bu rəqəm 15 milyon funt təşkil edəcək. Buna səbəb komandanın liderlərinin müqaviləsində yüksək bonusların göstərilməsidir. Məsələn, Kevin de Breyne finaldakı qələbə üçün 1 milyon alacaq. Digərləri isə təxminən 600 min alacaq. Meydana az-az çıxan oyunçular isə daha aşağı məbləğlə kifayətlənəcək.

Qeyd edək ki, Çempionlar Liqasının finalı mayın 29-da keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Loading
Top