Mourinyo: "İngiltərə millisi fantastik idi"

İdman 09 iyul 2021, 10:45

"Roma"nın baş məşqçisi Joze Mourinyo Avro-2020-nin yarımfinalında keçirilən İngiltərə - Danimarka oyunu (2:1) haqda danışıb.

Qol.az "Talk Sport"a istinadən xəbər verir ki, o, İngiltərənin layiqli qələbə qazandığını deyib: “Bəli, heyrətamiz matç idi. Ən yaxşı komanda qələbə qazandı. İngiltərə fantastik idi və qalibiyyətə layiq idi. Amma mənim üçün bu, penalti deyildi. Mən gördüyümü danışıram. Bu səviyyədə Avropa çempionatının yarımfinal mərhələsində hakim qərarını başa düşmürəm və daha da artığı VAR-ın penaltini ləğv etməməsini anlamıram".

Qeyd edək ki, sözügedən qarşılaşmada Danimarkanın qapısına təyin olunan penalti mübahisələrə səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Loading
Top