"Neftçi" UEFA reytinqində xalımızı artırdı

İdman 08 iyul 2021, 15:01

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.

Qol.az xəbər verir ki, yeni reytinqdə Azərbaycanın mövqeyi dəyişməsə də, ölkəmiz xal ehtiyatını artırıb. "Neftçi"nin 1-ci təsnifat mərhələsində səfərdə "Dinamo"ya (Tbilisi) 2:1 hesabı ilə qalib gəlməsi sayəsində ölkəmizin aktivinə 0,250 xal əlavə olunub. Bununla da Azərbaycanın son 5 mövsüm üçün xalı 12,850-yə yüksəlib. Ölkəmiz hazırda 28-ci pillədə qərarlaşıb.

Azərbaycan 27-ci pillədə olan Qazaxıstandan 0,250 xal geri qalır.

DİGƏR XƏBƏRLƏR

Loading
Top