Bonuççi Avropa çempionatları tarixinə düşdü

İdman 12 iyul 2021, 18:01

Avro-2020-nin qalibi olan İtaliya yığmasının futbolçusu Leonardo Bonuççi turnirin tarixinə düşüb.

Qol.az "Opta"ya istinadən xəbər verir ki, İngiltərə ilə həlledici matçda fərqlənən müdafiəçi Avropa çempionatları tarixində finallarda qol vuran ən yaşlı futbolçu olub. O, 34 yaş 71 günlüyündə bunu bacarıb. Buna qədər isə rekord almaniyalı Bernd Helçenbayna məxsus idi. O, 1976-cı ildəki finalda 30 yaş 103 günlüyündə qol vurub.

Xatırladaq ki, İtaliya yığması əsas vaxtı 1:1 hesabıyla bitən matçda İngiltərəni penaltilər seriyasında 3:2 hesabıyla məğlub edərək Avropa çempionu olub.

DİGƏR XƏBƏRLƏR

Loading
Top