ÇL-də 1-ci təsnifat mərhələsinə yekun vurulur

İdman 14 iyul 2021, 16:11

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Qol.az xəbər verir ki, son oyun günündə 4 görüş keçiriləcək.

Turnirdəki təmsilçimiz "Neftçi" Bakıda Tbilisi "Dinamo"sunu qəbul edəcək. Səfərdəki matçda 2:1 hesabı ilə qalib gələn "ağ-qaralar" üstünlüyə malikdir.

Azərbaycanlı azarkeşlər üçün maraqlı qarşılaşmalardan biri də Polşada olacaq. Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" Norveçin "Budyo Qlimt" klubunu qəbul edəcək. Səfərdə keçirilən ilk görüşdə Emreli dubl edərək komandasının 3:2 hesablı qələbəsində böyük pay sahibi olub.


14 iyul

Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin cavab oyunları

18:00. “Kayrat” (Qazaxıstan) - "Makkabi" (Hayfa, İsrail)
İlk oyun - 1:1

19:00. "Alaşkert" (Ermənistan) - "Konnas-Ki Nomads" (Uels)
İlk oyun - 2:2

21:00. "Neftçi" - "Dinamo" (Tbilisi, Gürcüstan)
İlk oyun - 2:1

22:00. "Legiya" (Polşa) - "Budyo Qlimt" (Norveç)
İlk oyun - 3:2

DİGƏR XƏBƏRLƏR

Loading
Top