Azərbaycanda buğdanın səpin sahəsi azalıb

Kənd təsərrüfatı 29 dekabr 2021, 15:50

Azərbaycanda 2022-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il dekabr ayının 24-ü vəziyyətinə 1 021 987,6 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 2,9%, o cümlədən arpanın səpin sahəsi 9,3% artıb, buğdanın səpin sahəsi 1,1% azalıb.

Səpin aparılan sahənin 98,8%-ni və yaxud 1 009 451,2 hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 601 837,6 hektarı buğda, 407 448,6 hektarı arpa, 165 hektarı isə çovdar əkinlərinin payına düşür.

Ən çox buğda bitkisi Cəlilabad (56 449,3 ha), Şəki (32 318,6 ha), Şamaxı (29 321,4 ha), Füzuli (29 321 ha), İsmayıllı (22 495 ha), Hacıqabul (21 978,9 ha) və Ağcabədi (19 654,7 ha) rayonlarında, ən çox arpa bitkisi Neftçala (34 825,7 ha), Kürdəmir (32 996,4 ha), Şəki (32 964,4 ha), Biləsuvar (22 568,1 ha), Ağsu (18 921 ha), Goranboy (14 450 ha) və Füzuli (12 518,3 ha) rayonlarında səpilib/

DİGƏR XƏBƏRLƏR

Loading
Top