Fermerlərə payızlıq əkinə görə 62 mln. manatadək subsidiya ödənilib

Kənd təsərrüfatı 16 fevral 2022, 14:01

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2021/2022-ci il payızlıq əkinlərə görə subsidiyaların ödənişinə başlayıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, fevralın 15-də Agentlik tərəfindən payızlıq əkinlərə görə 159 500 fermerə ümumilikdə 61,836 mln. manat subsidiya ödənişi həyata keçirilib. Subsidiyalar kənd təsərrüfatı məhsulları istehsalçılarının “Fermer kartı”na köçürülüb.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021/2022 mövsümündə taxıl əkinlərinin hər hektarına görə, fermerlərə 210 manat subsidiya ödənilir. Bu gün ödənilən subsidiyalar təxminən 300 min hektara yaxın əkin sahəsini əhatə edir.

Payızlıq əkinlərin bəyanı dekabrın 30-da başa çatıb, ilk subsidiyalar həm də əkinlərini vaxtında bəyan etmiş fermerlərə ödənilib.

AKİA tərəfindən bu gün həmçinin süni mayalanma yolu ilə alınmış buzovlara görə, təsərrüfat sahiblərinə subsidiyaların ödənişi də həyata keçirilib. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən 4993 fermerin kartına ümumilikdə 499 300 manat subsidiya köçürülüb.

Subsidiyaların ödənişi davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Loading
Top