Azərbaycan fermerlərinə 30 mln. manatdan çox subsidiya ödənilib

Kənd təsərrüfatı 28 fevral 2022, 12:40

Fevralın 28-də Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən payızlıq əkinlərə görə 18 900 fermerə ümumilikdə 30,6 mln. manat subsidiya ödənişi həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu gün ödənilən subsidiyalar təxminən 140 min hektara yaxın əkin sahəsini əhatə edir.

Beləliklə, 2021/2022-ci il üzrə ödənilən əkin subsidiyasının məbləği 92,4 mln. manatı, subsidiya ödənilən əkin sahəsi isə 440 min hektarı keçib.

Qeyd edək ki, subsidiyalar “Fermer kartı”larına köçürülür. Fermerlər karta köçürülən vəsaitin 25%-ni bankomatlar vasitəsilə nağdlaşdıra, 75%-ni isə qeyri-nağd şəkildə kənd təsərrüfatı istehsal vasitələri, o cümlədən mineral gübrə, pestisid, bihomus, herbisid, toxum ala bilər, həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınmasına və qurulmasına sərf edə bilərlər.

Həmçinin, AKİA tərəfindən bu gün süni mayalanma yolu ilə alınmış 2 097 buzova görə 1 579 fermerə 209,7 min. manat subsidiya ödənilib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top