Bu ilin yanvar-fevral ayları üzrə Azərbaycan kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 774,7 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onun 733,5 mln manatı heyvandarlıq, 41,2 mln. manatı bitkiçilik məhsullarının payına düşür.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,1%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,5%, bitkiçilik məhsulları üzrə 14,1% artıb.