Ülkər Fətəliyeva: "Şirkətimizin hədəfi daha da brendləşməkdir" - MÜSAHİBƏ

MÜSAHİBƏ 01 aprel 2022, 11:21
Karvannews.com Xaricdə təhsil şirkəti "Cleverest Academy"-nın icraçı direktoru Ülkər Fətəliyeva ilə müsahibəni təqdim edir:

- Nə zamandan bu sahədə çalışırsınız?


- 2018-ci ildən Xaricdə təhsil sahəsindəyəm.

- "Cleverest Academy" şirkətinin yaranma tarixindən məlumat verərsiniz...

- "Cleverest Academy" 2014-cü ildən fəaliyyət göstərir. İlk olaraq Türkiyədə başlamışdır. Daha sonra isə Azərbaycanda fəaliyyət göstərməyə davam etmişik. Hazırda həm İstanbul, həm də Bakı şəhərində ofisimiz mövcuddur.

- Xaricdə oxumaq üçün əsas problemlərdən biri də maddiyyatdır. Hər hansı ölkədə bakalavr, ya da magistr təhsili almaq üçün minimum və maksimum nə qədər büdcə lazımdır?

- Təbii ki, bu büdcə ölkəyə və tələbənin göstəricilərinə görə dəyişir. Məsələn, tələbə Polşada təhsil almaq istəyirsə və onun göstəriciləri yüksəkdirsə, (ietls və ortalama) onun təqaüd qazanma şansı yüksəkdir. Təqaüd qazanmasa belə universitetin daxili imtahanlarından uğurla keçərək ödənişsiz təhsil ala bilər. Əgər bunların heç biri olmazsa belə "Cleverest Academy" hər bir tələbəsi üçün müəyyən endirimli, qismən ödənişli təhsil imkanı yaradır.

- Sizcə, gənclərin çoxunun xaricdə təhsilə meyl etməsinin səbəbi Azərbaycandakı təhsilin qeyri-kafi olmasıdır, yoxsa şəxsi maraqlar?

- Düşünürəm ki, bu gənclərin şəxsi maraqlarından irəli gəlir. Çünki bizim gənclər daima inkişafa meyillidirlər.

- Xaricdə təhsil almaq istəyənlər ilk nəyə diqqət etməlidir, onları hansı risklər gözləyir?

- Konsultasiya zamanı biz tələbənin istəklərini nəzərə alıb ona uyğun plan hazırlayırıq. Tələbənin büdcəsi, göstəriciləri, yaşam xərcləri, onun üçün əsas lazımi faktorlar və s. planda nəzərə alınır.

- Sizin çalışdığınız şirkət digər rəqib şirkətlərdən hansı üstünlükləri ilə fərqlənir?

- Bizi digər şirkətlərdən fərqləndirən amillər dil kursları, xaricdə təhsil, xaricdə iş olmaqla yanaşı könüllülük proqramları və tibb kurslarının olmasıdır.

- Pandemiya dövründə onlayn təhsil gündəmdə qalmışdı. Azərbaycanlı tələbə onlayn olaraq xaricdə təhsil ala bilərmi?

- Bəli bu mümkündür. Universitetlərin proqramlarından asılı olaraq dəyişir.

- Şirkətin gələcək planları nələrdir?

- "Cleverest Academy"-nin gələcək planı daha da brendləşmək və gənclərə hər zaman düzgün yol göstərməkdir.

- Müsahibə üçün təşəkkür edirik. İşlərinizdə uğurlar arzulayırıq.

- Çox sağ olun. Xoşdur.

DİGƏR XƏBƏRLƏR

Loading
Top