Azərbaycanlı aktrisa “Netflix”də yayımlanacaq filmdə rol aldı

Mədəniyyət və turizm 10 may 2022, 16:30

Aparıcı və aktrisa Turanə Hüseynli "Netflix" platformasında yayımlanacaq filmdə rol alıb.

Karvannews xəbər verir ki, aktrisanın çəkildiyi ekran işi Hindistan Kinematoqrafçıları tərəfindən lentə alınıb.

"KakP" adlanan filmin rejissorları Ankuş Madan Mohla və Gilerme Barettodur. Çəkilişləri Bakıda aparılan layihəni "Disney+Hotstar" şirkəti ərsəyə gətirib.

Filmin, eyni zamanda Hindistanın "Netflix" platformasında yayımlanması planlaşdırılır.

Qeyd edək ki, Turanə Hüseynli indiyədək "Xosrov və Şirin", "İfşa" seriallarında, "Həmrəylik" filmində rol alıb. O, həmçinin AYV-də yayımlanan "Oralar", İctimai Televiziyada "Sabahın xeyir, Azərbaycan!", "Haradasan bu vaxtacan?" verilişlərinin aparıcısı olub.

DİGƏR XƏBƏRLƏR

Loading
Top