Azərbaycan Tehran Beynəlxalq Kitab Sərgisində iştirak edir.
Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, sərgidə 13 ölkədən 1700 iştirakçı təmsil olunur.
Sərgidə Azərbaycanın mədəniyyətinə, tarixinə, ədəbiyyatına, incəsənətinə, coğrafiyasına dair 250-dən çox kitab sərgilənir, eyni zamanda Qarabağ, Vətən müharibəsi və böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında yeni çap olunmuş nəşrlər nümayiş etdirilir.
Sərgi may ayının 21-ə kimi davam edəcək.
Qeyd edək ki, Azərbaycan sərgidə Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İrandakı Azərbaycan Səfirliyinin dəstəyi ilə iştirak edir.