Mədəniyyət və gənclər siyasətinə ayrılan vəsaitin 10%-ə qədəri xərclənməyib

Mədəniyyət və turizm 25 may 2022, 15:41

2021-ci ildə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə dövlət büdcəsindən ayrılmış 411,0 milyon manat məbləğində vəsaitin aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 372,1 milyon manatı (90,5 faiz) istifadə olunub.

Karvannews xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.

Hesabatda qeyd edilib ki, bu, 2020-ci illə müqayisədə icra 30,1 milyon manat və ya 8,8 faiz çoxdur. Hesabat ilində bu xərclər ÜDM-in 0,4 faizini, dövlət büdcəsi xərclərinin isə 1,4 faizini (2020-ci illə müqayisədə 0,1 faiz-bənd çox) təşkil edib.

2021-ci ilin dövlət büdcəsinin mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan başqa əlavə gördükləri iş və göstərdikləri xidmətlərdən əldə etdikləri gəlirləri hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 0,6 milyon manat təşkil edib.

Həmçinin qeyd olunub ki, dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış 49,5 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, 2021-ci ildə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahəsinə dövlət büdcəsi xərclərinin 1,5 faizi həcmində və ya 421,6 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da 2020-ci illə müqayisədə 9,5 milyon manat və ya 2,3 faiz çoxdur.

Funksional təsnifata uyğun olaraq (dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait istisna olmaqla) 2021-ci ildə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri (cari) üzrə istifadə olunmuş vəsaitin 162,3 milyon manatı və ya 43,6 faizi mədəniyyət və incəsənət sahəsində fəaliyyət xərclərinə sərf edilib. Bu, 2020-ci illə müqayisədə 4,9 milyon manat və ya 3,1 faiz çoxdur.

Funksional təsnifata uyğun olaraq (dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait istisna olmaqla) 2021-ci ildə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri (cari) üzrə istifadə olunmuş vəsaitin 99,6 milyon manatı və ya 26,8 faizi mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər müəssisə və tədbirlər üzrə xərclərə sərf edilib.

Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait istisna olmaqla, 2021-ci ildə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri (cari) üzrə istifadə olunmuş vəsaitin 66,6 milyon manatı və ya 17,9 faizi televiziya, radio və nəşriyyat xərclərinə sərf edilmişdir. Bu, 2020-ci illə müqayisədə 15,1 milyon manat və ya 29,3 faiz çoxdur.

2021-ci ilin dövlət büdcəsindən xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, ölkənin tarixi və mədəni irsinin təbliği ilə bağlı tədbirlərin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, digər xalqların diasporları ilə əlaqələr və lobbi quruculuğu ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 6,3 milyon manat məbləğində vəsait sərf olunub. Bu, 2020-ci illə müqayisədə 2,2 milyon manat və ya 1,5 dəfə çoxdur.

2021-ci ilin dövlət büdcəsindən Azərbaycanın mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirmək məqsədilə Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin saxlanılması ilə bağlı xərclər üçün 5,4 milyon manat məbləğində vəsait yönəldilib. Bu da 2020-ci illə müqayisədə 0,3 milyon manat və ya 6,1 faiz çoxdur.

Sənəddə qeyd olunub ki, hesabat ilində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üzrə ayrılması nəzərdə tutulmuş 191,2 milyon manat xərclərin icrası 174,7 milyon manat və ya 91,4 faiz təşkil edib. Həmin xərclərin tərkibində 126,6 milyon manatı və ya 72,5 faizi əməyin ödənişi xərcləri, 39,5 milyon manatı və ya 22,6 faizi isə malların (işlərin və xidmətlərin) satın alınması xərcləri və 8,6 milyon manat və ya 4,9 faizi digər xərclər olub.

DİGƏR XƏBƏRLƏR

Loading
Top