“Eurovision 2021”ə tamaşaçılar da buraxılacaq

Mədəniyyət və turizm 30 aprel 2021, 17:44
Bu il 18-22 may tarixlərində Niderlandın Rotterdam şəhərində keçirilməsi planlaşdırılan “Eurovision” mahnı müsabiqəsinə tamaşaçılar da buraxılacaq.

Karvannews xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında məlumat verilib.

Bildirib ki, musiqili gecənin keçiriləcəyi “Ahoy” arenada maksimum 3500 nəfər tamaşaçı şounu izləyə biləcək. Buraxılış isə yalnız 2020-ci ildə müsabiqəyə uğurla bilet əldə edən şəxlər üçün mümkün olacaq. Geniş kütləyə bilet satılmayacaq.

Qeyd edək ki, “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsi ötən il koronavirus pandemiyası səbəbilə ləğv edilmişdi. Bu il 65-ci dəfə təşkil ediləcək yarışmada Azərbaycanı müğənni Samirə Əfəndi “Mata Hari” mahnısı ilə təmsil edəcək. O, mayın 18-də birinci yarımfinalda çıxış edəcək.

DİGƏR XƏBƏRLƏR

Loading
Top