“Çox Kültürlü Mədəniyyət, Bir Gələcək” adlı video konfrans keçirilib

Mədəniyyət və turizm 01 iyun 2021, 09:11
Almaniyanın Nrünberq şəhərində “Medina” Türk İslam Muzeyi tərəfindən təşkil olunmuş “Çox Kültürlü, Mədəniyyət Bir Gələcək” adlı video konfrans keçirilib.
 
Karvannews.com-un verdiyi xəbərə görə, konfransda bütöv xalqların, eyni zamanda etnik az millətlərin qədim tarixini və ümumi xalqlar kurallarını İslam dininin insanpərvərlik, sülhsevərliyinini qlobal dünya xalqlarına bəyan etməkdən bəhs edilmişdir.
 
Konfransda iştirak edən millət vəkilləri, mədəniyyət komissiyasının üzvü Əziz Ələkbərli, Elşad Mirbəşir oğlu, Səbinə Xasayeva və Könül Nurullayeva da Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu, Azərbaycanda etnik millətlərin ölkəmizdə kök salıb, xalqımızla birlikdə Multikulturalizm və Tolerant bir xalq kimi yaşamağa davam etmələrindən bəhs edildi. Müxtəlif ölkələrdən qaçqın düşmüş, Mesxesi və Axısxa Türklərinə də Azərbaycan humanist və sülhsevər münasibət göstərmişdir.
 
“Medina” Türk İslam Muzeyinin rəhbəri Cemalettin Özdemir Azərbaycanın qədim tarixi, milli mentaliteti, zəngin mədəniyyəti və milli geyimləri haqda söz açmışdır. Muzeydə Azərbaycan bayrağı, milli geyimlər, Ulu Öndər Heydər Əliyevin rəsmi qonaqların marağına səbəb olmuşdur.
 
Konfransda Udin millətlərin nümayəndələrindən Robert Mobili Azərbaycan Prezidenti İlham Əliyevin Alban kilsəsinin fəaliyyəti, Udin xalqlarının yaşam tərzi və az xalqların güzaranı ilə yaxından maraqlandığını vurğulayıb.
 
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top