Bakıdan əhali ən çox bu rayonlara gedir

Mədəniyyət və turizm 04 iyun 2021, 17:41

Bakı Beynəlxalq Avtovağzal Kompleksində rayonlararası avtobuslar tam olaraq əvvəlki qaydada xətlərə buraxılıb.

Karvannews xəbər verir ki, bunu trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

N.Allahyarova bildirib ki, xəttə iritutumlu avtobuslar buraxılıb. Onun sözlərinə görə, hazırda Bakıdan regionlara çıxış daha çoxdur: “Xüsusilə Bakıdan Gəncə, Şəki, Qax, Zaqatala, Lənkəran, Quba istiqamətində sərnişin axını daha çoxdur”.

N.Allahyarova bildirib ki, avtobusların sayı tələbata uyğun tənzimlənir: “Alınan biletlərin sayına uyğun avtobuslar xəttə buraxılır. Əgər tələbat artsa, daha çox avtobusun buraxılması təmin ediləcək”.

O əlavə edib ki, həm sürücülərin, həm də sərnişinlərin avtobuslarda tibbi maskadan istifadə etməsi məcburidir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top