Nizami Gəncəvinin yubleyi münasibətilə onlayn tədbir keçirildi

Mədəniyyət və turizm 10 iyun 2021, 14:10
İnternational Azerbaijani Ladies Club və Bərdə diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə, Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 880 illik yubleyi münasibətilə "Bərdə nə gözəldir, necə qəşəngdir" adlı onlayn ədəbi bədii tədbir keçirilmişdir.

Karvannews xəbər verir ki, tədbirdə ilk öncə ALC rəhbəri Kamalia Ceylinova və Bərdə diyarşünaslıq muzeyinin rəhbəri Mehriban Əliyeva dahi şəxsiyyət haqqında maraqlı məlumatlar veriblər. Tədbirin moderatoru, gənc şair, Azerbaycan Yazıçılar Birliyinin üzvü Elvin Əlizadə qonaqları təqdim edib.

Nizami Gəncəvinin dəfələrlə öz şeir və qəzəllərində vəsf etdiyi Qədim Bərdənin gözəlliyindən bəhs edən videoçarx nümayiş etdirilib. Daha sonra Bərdə Asan Xidmət və Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin hazırladığı Nizami Gəncəvi yaradıcılığını əks etdirən səhnəciklərdən ibarət videoçarxlar qonaqlara təqdim edilib. Nizami Gəncəvinin əsərlərinə bəstələnən ifalar səslənib.

Azerbaijani Ladies Clubun iki xanımı Oman Sultanlının Sultan Qaboos Universitetinin piano müəllimi Vüsalə Yusif və kanon müəllimi Şəbnəm Şıxaliyevanın ifasında "Sevgili canan" və "Sənsiz" əsərləri ifa olunub.

Bundan başqa gənc ifaçılar da bu gecəyə rəng qatıblar. Onlar Xanəndə: Ülkər Abdullayeva
Tar: Asim Primov
İfa: "Simayi-Şəms"
Fleyta ifaçısı:Nigar Rza
Əsər: Fikrət Əmirov - Rəqs pyesi. Gənc xanəndə Sevinc Suleymanzade. Sazlı sözlü saz ifaçımız Ayşə Səyyadqızı və Şairə Aysel Fikrət iştirak ediblər.

Nizami Gəncəvi məqbərəsinin bələdçisi Ləman xanım geniş məlumat verib. Xosrov Musayev - Bərdə Dövlət İdarəetmə və Texnolagiya Kollecinin direktoru hazırladıqları videoçarxa baxılıb.

Qonaqların içində Almaniyanın Nürnberq şəhərinin Mədinə Türk İslam muzeyinin direktoru Cemalettin Özdemir öz ürək sözlərini deyib və Sazlı sözlü Nizami Gəncəvi gecəsi davam edib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top