Yeşilçam əfsanəsi Kartal Tibet vəfat etdi

Mədəniyyət və turizm 02 iyul 2021, 11:15

Türkiyəli rejissor, ssenarist və aktyor Kartal Tibet vəfat edib.

Karvannews türk mediasına istinadən xəbər verir ki, sənətçi 83 yaşında dünyasını dəyişib. Aktyorun ölüm səbəbi açıqlanmayıb.

Xatırladaq ki, Kartal Tibet 1938-ci ildə Ankarada dünyaya gəlib. K. Tibet Ankara Universiteti Dövlət Konservatoriyasının teatr fakültəsindən məzun olub. O, 200-ə yaxın filmlə Türkiyə kinosuna töhfə verib. K. Tibet, son olaraq 2006-cı ildə “Dünyanı xilas edən adamın oğlu” və “Amerikalılar Qara dənizdə 2” adlı filmlərin rejissoru olub.

DİGƏR XƏBƏRLƏR

Loading
Top