Zəfər bayramına həsr edilən Milli Kitab Sərgisi keçiriləcək

Mədəniyyət və turizm 02 noyabr 2021, 16:15

6-7 noyabr 2021-ci il tarixlərində "Ofisait" mağazalar şəbəkəsinin təşkilatçılığı ilə Milli Kitab Sərgisi təşkil olunacaq.

Karvannews.com xəbər verir ki, sərgi Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küç, 7 ünvanında yerləşən "Kitab Ofisait” mağazasında keçiriləcək. 

Zəfər Bayramına həsr edilən sərgidə ölkənin ən tanınmış nəşriyyatları iştirak edəcək.

Sərgidə bütün nəşriyyatlar tərəfindən kitablara 70%-dək endirimlər tətbiq olunacaq.

Eyni zamanda,  sərgi müddətində məşhur şair və yazıçıların da iştirakı ilə təqdimatlar, imza mərasimləri, uşaqlar üçün əyləncəli oyunların keçirilməsi planlaşdırılır. 

Həmçinin 4 AL 3 ÖDƏ və 1 KİTAB 1 HƏYAT QUTUSU (Kənd məktəblərinə gedəcək bu qutuya alıcı 1 kitab yerləşdirdikdə, 1 kitab "Ofisait" tərəfindən əlavə edilir) kampaniyaları təşkil olunacaq. 

Bu sərgidə hər kəsin iştirakı arzuolunandır. Sərgi saat 10:00-dan 19:00-dək davam edəcək. Bütün kitabsevərlər dəvətlidir.

Qeyd edək ki, Milli Kitab Sərgisi davamlı olacaqdır. Belə ki, hər ayın ilk şənbə və bazar günləri "Kitab Ofisait” mağazasında Milli Kitab Sərgisi təşkil ediləcəkdir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top