Fikrət Əmirovun 100 illik yubileyi qeyd olunacaq

Mədəniyyət və turizm 12 aprel 2022, 16:09

Aprelin 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Karvannews.com xəbər verir ki, orkestrin dirijoru Əməkdar artist Fuad İbrahimov, solisti Xalq artisti Yeganə Axundovadır.

Konsertdə Fikrət Əmirovun əsərləri səslənəcək, həmçinin Yeganə Axundovanın ifasında tərtib olunmuş audiodiskin təqdimatı olacaq. Eyni zamanda Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə F.Əmirova həsr olunmuş fotosərgi nümayiş ediləcək.

DİGƏR XƏBƏRLƏR

Loading
Top