Klod Monenin qış mənzərəsi tablosu 25 milyon dollara hərraca çıxarılacaq.
Kulis.az xarici mediaya istinadla xəbər verir ki, II Dünya Müharibəsi dövründə itmiş “La Mare” əsərinin sahibi bilinmir.
Tablo “Christie's Hərrac Evi”nin təşkilatçılığı ilə may ayında Nyu-Yorkda satışa qoyulacaq.