TÜRKİYƏDƏ YAŞAYAN SƏNƏDSİZLƏR - PROBLEM HƏLL YOLUNDA…

ANALİTİK 19 dekabr 2020, 12:34
Türkiyədə işləməyə yaşamağa gələn və müxtəlif səbəblərdən gələn milyonlarla xarici vətəndaşlar var. Şavaşdan gələn suriyalıları və qanuni şəkildə oturan xarici vətəndaşları saymasaq Türkiyə həm də qeyri leqal yollarla, yəni qaçaq olaraq ölkədə yaşayan xaricilərlə baş etməyə çalışır. Bu xaricilər arasında azərbaycanlılar da var və çoxluq təşkil edir. Biz bu azərbaycanlıların bir neçəsi ilə görüşdük. Onlarla olan reportajdan öncə qısa olaraq xatırladım ki, Azərbaycan Diasporla İş Üzrə Dövlət Komitəsi, Türkiyədə qeydiyyatdan kənarda yaşayan Azərbaycan vətəndaşlarına kömək etmək üçün işə başlayıb. 

Qeyd edim ki, 1990-cı illərin əvvəllərində Türkiyəyə köç etmiş bu insanların bir müddət sonra sənədlərinin etibarlılıq müddəti bitdiyi üçün onlar yaşadıqları yerdə bir çox hüquqlardan məhrum olub. Azərbaycan vətəndaşlığını itirən və Türkiyə vətəndaşlığı ala bilməyən bu kəslər etibarsız şəxsiyyət sənədləriylə, onların uşaqları isə tamamilə sənədsiz yaşadığı üçün təhsil almaq, nikah qeydi, iş müqaviləsi və bank əməliyyatlarını edə bilmir, tibbi və hüquqi yardım və pensiya haqqlarından faydalana, şiddətə məruz qalanda da polis bölməsinə şikayət çörəkdən çəkinirlər və qorxduqları üçün zamanla problemləri daha da artır. Türkiyədə yaşayan azərbaycanlıların evliliyindən doğulan uşaq şəxsiyyət sənədinə sahib olmadıqları üçün onlar da valideynləri kimi ən təbii haqq və azadlıqlardan məhrum qalır. Vatandaşlıqlarını itirmiş və Türk vətəndaşlığı ala bilməyənlər vətənlərinə geri dönə bilmədikləri üçün Türkiyə Respublikası səlahiyyətli orqanlarının onlara şəxsiyyət sənədləri təqdim etməsi qeyri-mümkün hala gəlir. Qeyd edim ki, Türkiyəyə gələn xarici vətəndaşların giriş-çıxışı arasında böyük fərq olur. Son iki ilin statistikasına görə ölkəyə 271  milyon 232 min 722 xarici vətəndaş gəlib. Amma ölkədən çıxan xaricilərin ümumi sayı 266 milyon 702 min 209 nəfər olub. 4, 5  milyona yaxın xarici vətəndaş Türkiyədə “yoxa” çıxıb”.  Türkiyədə qanunsuz çalışan işci ölkələrə  görə belə bölünür: Gürcüstan, Suriya, Ermənistan, Azərbaycan, Rusiya, Banqladeş. Üçlüyü bölüşən ölkələrin vətəndaşlarını tapmaq çətin olmasada  danışmaq istəynlər azdı. Türkiyədə uzun illərdir yaşayan Sədai Nəcəflidə eyni problemlərlə qarşılaşıb. Azərbaycanı çox sevdiyini deyən Sədai ən son Azərbaycanda 2009 cu ildə olub. Sədai ilk dəfə Türkiyəyədə yaşamaga 2001 ci ildə gəlib. 2009 cu ildə Hərbi xidəmtini yerinə yetirmək üçün Azərbaycana gedib. Vətənə xidməti başa vurduqdan sonra 2011 ci ildə Türkiyədə yaşayan anasının yanına dönüb. O ildən sonra Sədai Türkiyədə oturma izni olmadan yaşamaga başlayıb. Burda başqa bir azərbaycan vətəndaşı ilə ailə həyatı qurub və iki övladı var.

- Biz burda dini nigahla ailə qurmuşuq. 2 övlaıdm var, rəsmi nigaha girə bilmirilk. Disapora komitəsindən də glmişdilər, onlarla da danışdıq. Onlar da dedi ki, oturma izni olmalıdır. Biz bunu bilirik, problem odur ki, bizim həyatməz çətinləşib. Uşaqlarımızın şəxsiyyətini təsdiq edən sənəd yoxdu. Uşaqlarımızı Azərbaycan vətəndaşı edə bilmirik. Mən dövlətimi, millətimi sevirəm. Niyə mənim övladın Azərbaycan vətəndaşı olmasın. Burda uşaqları xəstəxanaya apara bilmirik, məktəbə gedə bilmir. 

Sədai niyə bu illər ərzində rəsmi oturmaq üçün Türkiyə dövlətinin müvafiq qrumlarına baş vurmayıb? Həmyerlimiz deyir ki, əvvəllər oturma izni anlayışından xəbərsiz olub.
- Problrmin yaranmasına səbəb məlumatsızlı oldu. Yaşadıgımız müddətdə də hər hansı problem yaranmadı. Belə davam ediridk və bir gün pasportumun müddəti bitdi. O vaxt xəstəlınmişdim və əməliyyat oldum. İlk zorlgu onda yaşadım. Oturmaq üçün icazə almaq lazım oldugunu öyrənəndə maddi gücüm olmadı, xəstləlik və s problemlərlə üzləşdim. Bir də gördüm ortadayam və mən hər iki ölkədən kənarda qalmışam. 

Qeyd edim kİ, hazırda hazırda Türkiyədə sənədi olmadan yaşayan minlərlə Azərbaycan vətəndaşı var. Hazırda vətəndaşlıgı müyyən olmayan və sənədsiz azərbaycanlılar siyahıya alınır, daha sonra ölkəmizin əlaqədar dövlət qurumlarının vasitəsilə bu kəslərin Azərbaycan vətəndaşlığı təyin olunacaq və onlara şəxsiyyət və ya şəxsiyyət vəsiqəsi veriləcək. 

Türkiyədə 2009 cu ildən yaşayan Samirə Əsədullayeva da icazəsi yaşayanlardandı. Samirə xanım Türkiyəyə gəldiyi ilk gündən bu ölkədə yaşamaq üçün müvvəqqəti kimliyə sahib deyil. - Mən gəldim Türkiyəyə və burda ev işlərində çalışmaga başladım. Rəsmi iş yerim olmadıgı üçün kimsə mənə oturma izni ilə baglı bir sey demədi. Bir neçə il sonra bu barədə məlumatım oldu. O zaman da artıq maddi durumum olmadı müvvəqqəti kimlik üçün müraciət edəm. Sonra Türkiyədə mültecillər (suriyalı qaçqınlar) gəlməyə başladı. Bir neçə dəfə internet üzərindən baş vurmaq istəyim alınmadı. Yenə belə yaşamaga davam etdim. Düzü 8 il eyni evde yaşadım deyə bu problemi tam anlaya bilmədim.

Qeyd edim kİ, sənədsiz  yaşayan həmvətənlırimiz daha çox İstanbul şəhərinin Qaziosmanpaşa 500 evlər, Rami, Eyyubsultan, Bağlarbaşı,Yıldıztabya, Barbaros, Hayreddinpaşa, Hürriyyət, Fevzi Çakmak məhəllələri, Bayrampaşa rayonunun Yıldırım, Altıntepe,Orta məhəllə, Kartaltepe, Vatan məhəllələrində yaşayırlar.  Amma adı çəkilən bölgələrdə kompakt məskunlaşma yoxdu. Hazırda isə Diasporla iş üzrə Dövlət Komitəsinin işçi qrup tərəfindən hazırlanmış anketlər kimliksiz və müyyın qaydalardan xəbərsiz vətəndaşlarmıza paylanıb.  
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top