Qış fəslidir və havalar soyuqdur… Dünya COVİD-19 virusunun təsirindədir.
Virusla yanaşı hər il qış aylarında rastlaşdığımız qrip də var. Amma virusun həyəcanı və qorxusu bu iki xəstəliyi ayırd etməyimizə mane olur. Yüksək atəş, halsızlıq, əzələ və oynaq ağrısı... Bütün bu simptomlar nə deməkdir? Bunlar, xalq arasında qrip olaraq bilinən qripin ən çox görülən simptomlarıdır. Ancaq bu simptomlar bu il qaçılmaz olaraq başqa bir xəstəliyi - koronavirusu xatırladır. Çünki bütün bu simptomlar COVID-19-da da görülə bilər. Yəni qışın gəlişi ilə yuxarı tənəffüs yolları xəstəliklərinin artması önümüzdəki günlərdə çox narahatlığa səbəb olacaqdır. Bu nöqtədə həqiqəti öyrənmək və buna uyğun hərəkət etmək çox vacibdir. Sağlamlıq Elmləri Universiteti Haydarpaşa Numune Təhsil və Araşdırma Xəstəxanasında Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya Mütəxəssisi Dos. Dr. Seniha Şenbayrak bildirir ki, COVİD-19 və qripin bəlirtiləri oxşardır: “Qrip, soyuqdəymə və COVID-19 çox qarışıq xəstəliklərdir. Ortaq bir şey var, simptomları çox oxşardır. Soyuq hamımızın tez-tez rast gəldiyimiz bir viral infeksiyadır... Burun axıntısı ilə başlayır. Üst tənəffüs yollarında qalır. Koronavirus kimi alt tənəffüs yollarına enmir. Bəzən çox yüngül bir yorğunluq ola bilər. Heç bir dərman almadan 2-3 gün ərzində kortəbii şəkildə yaxşılaşır. Xüsusilə əzələ və oynaq ağrıları var. Yüksək atəş, baş ağrısı və boğaz ağrısı da görülə bilər. Ancaq koronavirüsdən fərqli olaraq çox nəfəs darlığı yoxdur. Bu xəstəlik daha çox yuxarı tənəffüs yollarında qalır, nadir hallarda ağ ciyərlərə enir və sətəlcəmə səbəb olur”.
Koronavirusu qripdən ayıran vacib simptomlar da var. Dos. Dr. Şenbayrak nəfəs darlığı, öskürək, dad və qoxu itkisi və ishalın yalnız koronavirusdə görülə biləcəyini deyir. Xüsusilə bir məqama diqqət çəkir: “Bəzən xəstədə simptomlar olmur. Yalnız qoxu və dad itkisi itir. Bu xəstəliklərə qarşı alınacaq ən vacib tədbir, şübhəsiz ki, bədən müqavimətini güclü tutmaqdır. Alına biləcək digər bir tədbir qrip və sətəlcəm peyvəndidir”. Dos. Dr. Şenbayrak qrip və koronovirusun eyni anda baş verərsə daha ağır nəticə olacağını deyir. O üzdən insanlar virusla yanaşı qripdən də qorunmalıdır. Həkim insanların bəzən yanlış müalicə ola biləcəyinə də diqqət çəkir. Onun sözlərinə görə, qrip və koronovirus bənzər olduğu üçün insanlar test vermədən müalicə olaraq daha da durumu ağırlaşdırır. “Qrip olan insan koronavirus müalicəsində istifadə olunan dərmanlar içərsə bunun ağır fəsadları ola bilər. Ona görə də test olmadan, həkim müalicəsi yazmadan virusdan müalicə edilə bilməz.”
Məhsəti Şərif