GƏLƏCƏK NECƏ GƏLƏCƏK? KİM BİLİR?

ANALİTİK 15 yanvar 2021, 15:12
İllər öncə futuristlərin yazdıqları və ya söylədikləri fikirlərlə tanış olduğumuzda “bunlar əfsanə” deyir, inamsızlıqla yanaşırdıq. Hər sahə üçün öz gələcək təsəvvürləri vardı. Bir gün məktəb adlı binaların olmayacağını, bunun yerinə internet şəbəkəsi ilə online təhsil alacağımızı deyirdilər. Ofislərdə masa arxasında işləməyin əlavə xərclərini də müsrüflük olaraq qəbul edirdi futuristlər. Onlara görə masa arxasında işləyən məmurlar, bank işçiləri, mühasiblər, memarlar, idari işlərlə məşğul olanlar və digərləri gələcəkdə bütün bu işləri evlərində edəcəklərdi. Homeoffice – ev ofis sisteminin inkişafı nəticəsində iş yerləri kiçiləcək kimi proqnozları vardı. Sənayedə robotlaşma, incəsənətdə virtuallaşma kimi fikirləri xəyalımızda canlandırmaq çətin idi.

Amma gün o gündür. Covid-19 pandemiyası sonrasında futuristlərin proqnozları bir anda reallaşmağa başladı. Futuristlərə inanların keçid üçün onilliklərin tələb olunduğunu iddia etmələri də özünü doğrultmadı. Bir anda, sadəcə günlər ərzində gələcəkdə də olmaz dediklərimizi bu gün yaşamağa başladıq. Belə olduğu təqdirdə futuristlərə və ümumiyyətlə futurizmə olan maraq hissi artmağa başladı. Biz də bu gün sizə futurizm nədir və futuristlər kimlərdir, bu haqda yazmağa qərar verdik.

Futurizm XX əsrin ilk onilliyində İtaliyada meydana çıxan modern sənət və cəmiyyət hərəkatıdır. İlk futuristlər incəsənət adamları idi. Onlar rəsm, heykəl, musiqi, film, tiyatr, moda, memarlıq və kulinariya sahələrində ilk addılarını atırdılar. Gələcəyin necə formalaşacağını öz əsərləri ilə göstərirdilər.

Dünyanın ilk futuristləri isə İtalyada Filippo Tommaso Marinetti, Umberto Boccioni, Carlo Carrà, Gino Severini, Giacomo Balla, Antonio Sant'Elia, Bruno Munarı, Benedetta Cappa ve Luigi Russolo, Rusiyada Natalia Qonçarova, Velimir Xebnikov, İqor Severyanin, David Burliyuk, Aleksey Kruenyux, Vladimir Mayakovski kimi sənətçilər idi. O zamanlarda bu hərəkatın adına daha çox “Modernizm” deyilirdi. Bəzi məqalələrdə isə “Şəhər mədəniyyəti”, “Mexanikləşmə”, “Sürətli mədəniyyət” ifadələrinə rast gələ bilirik. Bu gün isə onlar özlərini “Futuristlər” olaraq təqdim edirlər. Söz ingiliscə gələcəkçilər mənasını daşıyır. Gələcəyin təsəvvürlərini öz sənət nümunələri ilə təqdim edirdilər.
Bu günün futuristləri eyni zamanda fikir insanlarıdır. Futuristlər üçün gələcək artıq özünü göstərir, kiçik nüansları izləyərək gələcəyin necə formalaşacağını təxmin etmək mümkündür. Bəşəriyyətin günümüzdə əldə etdiyi elmi texnoloji tərəqqi, həyatın hər fazasına daxil olmuş robotlaşma sayəsində gələcəyi görə bilirlər və gələcək həyatın, həyat tərzinin, iş dünyasının necə olacağını bildirirlər. Onlara münəccim damğasını vuranlara isə həqiqəti uzaqgörmə olaraq müəyyən edə bildikləri cavabını verirlər. Multidisiplin baxış tərzləri ilə bir zaman sonrasını anlamaq, təxmin etmək və əvvəlcədən proqnoz vermək futuristlərin əsas məqsədləridir.

Günümüzdə yaşadıqlarımız və reallaşaşan proqnozlar futuristlərə olan marağın artmasına səbəb olmuşdur. Fərqli futuristik təşkilatlar da bu marağı anlayırlar və gələcək həyat tərzinə öyrəşmək və ayaqlaşa bilmək üçün daha çox seminarlar təşkil edirlər. Bir çox proqnozları bəşəriyyət üçün yenilik olduğu üçün mühafizəkar kəsimi qorxudur. Amma onlar daha çox bəşəriyyət üçün müsbət mesajlar verən, yenilikçi, innovativ fikirlər irəli sürərək vizyonları inkişaf etdirməyi məqsəd qoyurlar. Gələcəyin bu keçid dövrünə hazır olması, yeni yaşamda sağ qalması, inkişaf edə bilməsi üçün yeni yazılarında cəmiyyətə xeyir verən yol xəritələrini hazırlayırlar.

Uşaqların təhsil istiqaməti üçün gələcəyin işləri, sənaye, iş imkanlarının yeni nəslini təqdim edirlər. Futuristlər əslində gələcəyin çox fərqli olduğunu bildirdikləri zaman necə olacağını da izah edərək yeni nəsli bir az da ona hazırlayırlar. Bu fikir adamlarını yaxından izlədiyimiz zaman gələcəyin iş tərzini, tələblərini, istiqamət yönünü daha yaxşı anlayır və gələcək nəsli buna hazırlaya bilirik.

Futuristik baxış bucağı bir çox ölkələrin gələcək planları hesablamalarına daxil olub. Yaxın onilliklərdə cəmiyyəti yeniliklərə hazırlmaq üçün stratejilər həyata keçirilir. Fərdlərin, təşkilat və quruluşların, şirkətlərin gələcəyini təxmin edib yön vermək onların gücünü yönləndirməyə xidmət edir. Mühafizəkarların çəkindiyi yeniliklərin əslində daha çox sülhpərvər, dünyaya müsbət xidmətlər edəcək fikirlər gətirəcəyini bilirlər. Gələcəkdəki fürsətləri əldən çıxarmamaq və daha çox yararlanmaq istəyən şirkətlər isə futuristlərin xidmətlərindən istifadə edirlər. Gələcəyin dözülməz olacağına deyil, daha səmərəli və sürətli olacağına inanırlar.

Texnologiyanın həyatımızın hər sahəsinə nüfuz etdiyini bu gün görürük. İşimiz, təhsilimiz, iqtisadiyyatımız, hətta ünsiyyətimiz də robotlaşmışdır. Bütün bunlar işimizi asanlaşdırır, həyatımıza yeni istiqamət verir, hətta insanlararası münasibətləri də qısaltmışdır. Gələcəkdə də texnologiyanın inkişafı davam edəcək. Gələcəyi səmərəli etmək və zamanı əldən verməmək üçün futuristllərə daha çox diqqət etməli və proqnozları ilə həyatımızı formalaşdırmalıyıq. Dünyanın irəliləyişindən geri qalmamaq üçün başqa yolumuz yoxdur.
 

Şəbnəm KARSLI

DİGƏR XƏBƏRLƏR

Loading
Top