Turizm və minimalizm

ANALİTİK 30 dekabr 2020, 13:01
XIX əsrin ortalarında Amerikada başlayan sonralar isə Avropaya da öz təsirini göstərən bir fəlsəfi cərəyan olaraq ortaya çıxmış “minimalizm”  öz populyarlığını davam etdirir.

Fransız dilindəki “minimum” sözündən əmələ gəlmiş olan “minimalizm”  sadə dildə desək  “ehtiyac duyduğun qədər istifadə et” və ya “artıq olandan imtina et” fəlsəfi cərəyanıdır. Bu anlayış insanları  hərəkətli, rahat və keyfiyyətli yaşamağa təşviq edir. İlk dəfə 1961-ci ildə mütəfəkkir Richard Wollheim tərəfindən "minimallaşdırılmış məzmunlu sənət" fikri əsərlər  üçün istifadə edilmiş və sonradan isə başqa sahələrdə də öz təsirini göstərmişdir. Xüsusi ilə informasiya və kommunikasiya texnologiyalarının inkişafı nəticəsində lazım olandan artıq işləmək, istifadə olunandan artıq informasiya toplamaq, ehtiyac duyulandan artıq alış-veriş etmək vərdişlərinin yaranması insanları “normal həyat” ilə “minimalizm”  seçimi arasında  qarşı-qarşı qoydu. “Hər kəs mənə baxsın” fikrini alt-üst edən bu fəlfəsi cərəyan daha geniş kütlələrə yayılaraq qonaqpərvərlik xidmətinə də təsir etdi.
 
Mikro otellər

Dünyanın bəzi bölgələrində “pod bed” (kapsul yataq) adlandırılan , qapalı məkan qorxusu olan (Klaustrofobiya)  insanlar üçün məsləhət  görülməyən, bəzilərinin isə “ölmədən məzara girmək” adlandırdığı mikto otellərin tarixi Yaponyadan başlayır.  Ölkədə kirayə ev qiymətlərinin yüksək olması 1979-cu ildə  Osaka şəhərində dünyanın ilk mikro oteli olan “Capsule Inn Osaka”-nın tikilməsinə səbəb oldu, məqsəd az yerə çox insan sığdıra bilmək idi.  Tikildiyi zaman sadəcə yatmaq və uzanaraq oxumaq üçün nəzərdə tutulan bu bina, sonradan təkmilləşdirilərək yapon üsulu xalatlar, hamam, oteldə geymək üçün nəzərdə tutulmuş ayaqqabılar, sauna, masaj xidməti,  kondisioner, saç qurutma makinası və informasiya texnologiyalarının inkişafı ilə birlikdə simsiz internet (WiFi) xidməti, ümumi izləmə üçün olan televizor otaqları, kitabxanalar, bir nəfər üçün nəzərdə tutulmuş internet klub kabinləri, yataqların olduğu otaqlarda noutbooklardan istifadə etmək üçün divara bərkidilmiş rəf tipli masalar əlavə edilmişdir.  İş və ya daha qısa müddətli səyahət edən turistlərin sevimlisinə çevrilən bu otel tipi irəliləyən illərdə başqa şəhərlərdə də daha müasir formada tikilməyə və xidmətə başladı. Hazırda ölkədə 10-dan çox  mikro tipli otel fəaliyyət göstərir və qiymətlərinin normal ölçülü otel otaqlarından daha ucuz olması isə minimalizmi özünə fəlsəfə seçmiş insanlara cazibəli gəlir və beləcə bu müəssisələr uzun illərdir xidmət göstərirlər.

Yaponyadan sonra başqa ölkələrdə də mikro  otellər açılmağa başlandı. Hazırda dünyada çox sayda mikro otel var, bunlaran “ən yaxşı” adını almış olan Taylandda dəniz mənzəli Nonze Mikro otelini, Singapurda Dream Lodge Mikto Otelini, Yaponyada Astil Dotonbori Mikro otelini, Şrilankada Star Anise Butik Mikro otelini, Avstralyada The Pod Sydney Mikro otelini nümunə göstərmək olar.

Bəzi qonşu dövlətlərdə və Azərbaycanda Mikro otellər

Türkiyə Respublikasında ilk dəfə 2013-cü ildə illik turist sayı 3 miylon 240 mindən çox  olan, ingilis, rus və ukraynalı turistlərin sevimli yay şəhərinə çevrilən Muğla şəhərində “Fethiye Downtown”  adı ilə fəaliyyətə başladı. Bütün otaqlar kondisionerli,  pulsuz simsiz internetlə tam təchiz olunmuş, iki mərtəbəli yataqlarlı  bu otel sonradan başqa bir iş adamına satılaraq fərqli tipdə dizayn edildi və hazırda fəaliyyətinə son halı ilə davam edir. İstanbul, Ankara kimi böyük şəhərlərlə yanaşı, hava limanlarında və  daha kiçik şəhərlərdə də mikro otellər tikilmişdir.

Rusiya Federasiyasında  2013-cü ildə “Sleepbox” adı ilə ilk mikro otel illik turist sayı 19 milyon olan Moskva şəhərində açıldı. Otel otaqlarının ölçüsünün Yaponyadakı və Çindəki  mikro otellərdən  2 dəfə böyük olması, turistlərə otağın içərisində ayaqüstə durmaq, noutbook üçün masa istifadə etmək imkanı verir.  Həm tək nəfərlik, həm də iki nəfərlik olması və 12 saat kiralamağın mümkünlüyü isə maraqlara səbəb olmuşdur.

Gürcüstün Respublikası Türkiyədən olan turistlərin ən çox getdiyi ölkədir, bunun səbəbi təhlükəsiz qonşu dövlət olması ilə yanaşı, Türkiyə Respublikası ilə Gürcüstan Respublikasının  arasında imzalanan 2011-ci ilin  Dekabr ayından etibarən  həyata keçirilərn“pasportsuz səyahət” müqaviləsi ilə əlaqədardır. 2019-cu ilin ilk 5 ayında ölkəyə səyahət edən xarici  turistlərin sayı 3 milyona yaxın olaraq qeyd olub,  Gürcüstan Milli Turizm İdasərinin açıqlamasına görə bunun da 40%-ni Türkiyədən olan tursitlər təşkil edir. Ölkədə ən çox ziyarət edilən şəhər paytaxt Tiflisdir, 2020-ci ildən burada da daha çox pansiyon tipli mikro otellər turist qəbul edir.

İran İslam Respublikasında mikro otel bu bu ilin İyun ayında paytaxt Tehran şəhərində istifadəyə verildi. Qadın və kişilər üçün ayrıca mərtəbələr nəzərdə tutulmuşbu otellərdə tək nəfərlik və iki nəfərlik otaqlarla 200 nəfər turist üçün qonaqpərvərlik xidməti vermək mümkündür. İran Mədəni İrs, Əl Sənətləri və Turizm İdarəsinin  açıqlamasına görə ölkəyə 2018-ci ildə  gələn turistlərin sayı 7 milyondan çox olmuşdur, bu öncəki illərə görə 49,9% turizmin inkişafı deməkdir və  Ekvador Respublikasından  sonra dünya üzrə ikinci dövlət olmasına səbəb olmuşdur.   Bu artış nəzərə alınara ölkədə  Təbriz, Məşhəd, İsfahan və Şiraz kimi şəhərlərdə 200 kapsul otel açılacaqdır.

Azərbaycan Respublikasında mikro otellər 13 şəhər ilə “Qardaş Şəhər” müqaviləsi olan,  paytaxt Bakı şəhərində yerləşir. Ən müasir üsulda tikilmiş mikro otellər hava limanına yaxın ərazilərdə, Nəsimi və Nizami rayonu ərazisində maşınlar üçün otopark yeri, bar, fitness mərkəzi, bağça, avtomobil kirayəsi, ödənişsiz simsiz internet (WiFi), transfer xidməti (ödənişlə), hava limanı servisi (ödənişlə) kimi xidmətlərlə qonaqpərvərlik fəaliyyəti  göstərir. Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında 1-ci terminalda “SleepBox” olaraq  2019-cu ildən fəaliyyətə başlamış mikro otaqlar da mövcuddur. Dövlət Statistika Komitəsinin verdiyi məlumatda 2019-cu ildə ölkəyə gələn tusirtlərin sayı 3 milyondan çoxdur və Rusiya Federasiyası, Ərəb ölkələri, Türkiyə, Gürcüstan, İran və Qazaxıstan vətəndaşlarının çoxluq təşkil etdiyi turistlər üçün elektron viza yaradılmışdır və 93 ölkə bu xidmətdən istifadə edə bilir. Vətən Muharibəsinin bitməsindən sonra 10.12.2020-ci ildə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyədən gələn 2783 hərbçinin iştirakı ilə keçirilən Hərbi Paraddan sonra Azərbaycan və Türkiyə arasında da “pasportsuz səyahət müqaviləsi” bağlandı və Covid-19 pandemiyasının bitməsindən sonra bu müqavilə turizmə də öz bəhrəsini verəcəkdir. Nəzər alsaq ki, Türkiyənin əhalisinin sayı 80 milyondur,  pasport qiymətləri ölkədə təsdiq edilən “minimum əmək haqqı”-nın təxminən yarısı qədərdir, bu baxımdan “pasportsuz səyahət” xidmət ilə turist sayı artacaq bu isə istər mikro tipli, istər də normal otellərin sayını artıracaqdır.

Minimalizmin hazırki vəziyyəti

Qiymətinin münasibliyi cazibəli gəlsə də bütün mikro otellərdə vəziyyət eyni deyil, “ən yaxşı” adını alanlar olduğu kimi, “ən ucuz”  adını alaraq fəaliyyət göstərənlər də var. Bu tip otellərdə fərqli diskonfortlar da gözdən qaçmır. Normal otellərlə müqayisədə:
  • Mikro otellər səs-küylüdür. Heç də xoş olmayan bu vəziyyətin yaranması otaqlar arasındakı divarların çox nazik olmasından irəli gəlir
  • Ümumi olaraq dünyada bu otaqlarda ən az 4 saat və ən çox 17 saat qalmaq mümkündür.
  • Hər gün üçün yenidən qeydiyyatdan keçmək lazımdır
  • Burada ümumi yeməkxanalar xaric yemək yeməyə icazə verilmir, yəni yeməyi otağa aparmaq olmaz.
  • Gecələməyə gələn düzgün  insanlar olduğu  kimi, bəzən sərxoş müştəriləri də olur bu tip otellərin və aradaki divarin səs keçirəcək qədər nazik olması ciddi narahatçılığa səbəb ola bilən vəziyyət yarada bilir.
  • Bəzi otellərdə qadın və kişilər üçün ayrı mərtəbələr nəzərdə tutulsa da, bəzi otellərdə buna diqqət edilməyib.
  • İki nəfərlik olan otaqlar isə bütün mikro otellərdə yoxdur.
Minimalizmin nümunəsi olaraq görünən bu otellər bir çox insanı məmnun edir, hətta  Londra ve Amsterdam havalimanlarında açılan Yotel mikro otel zincirlər ilə uğurlu bir qonaqpərvərlik xidməti olduğunu sübut etmiş və eyni zamanda turizmin qaydalarına da boyun əyməyə məcbur qalmışdır. İş adamları innovasiyalara uyğun  olan və  bir az daha geniş ölçülü  otaqlar  tikdirir  və ya möcvud otellərini yeniləyirlər. İndi isə məqsəd lazım olan bütün şəraitə sahib ən yaxşı mikro otellərlə xidmət verməkdir.  
 
Şəhla Çakar
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top