İnsanabənzər xidmət robotlarının sirri

ANALİTİK 31 dekabr 2020, 12:20
Karvannews.com Şəhla Çakarın “İnformasiya texnologiyalarının turizmə təsiri: İnsanabənzər xidmət robotları” adlı yazısını təqdim edir.

İnformasiya texnologiyalarının istifadəsi 1980-ci illərdə başlasa da, 1990-cı illərdən etibarən yayılmağa, daha çox xidmətdə istifadə edilməyə başladı. Kompüterlərin turizm müəssisələrində istifadəsi ilə birlikdə internetin də istifadə edilməsidən sonra sürətlə qloballaşmağa addım atan turizm sənayesi informasiya texnologiyalarını daha çox məlumat vermək, məhsullarını təqdim etmək məqsədi ilə istifadə edirdi. Milyonlarla insanın məlumat almaq üçün interneti istifadə etməyə başlaması ilə insan qüvvəsi yetərsiz qalmağa başladı. Müşrətiləri məmnun etmək və vaxt itkisini azaltmaq məqsədi ilə ilk öncə müştərilərin soruşduqları cümlələrdəki “key words” (açar sözlər) nəzərə alınaraq suallar onlayn robot müştəri xidmətləri ilə cavablandırılmağa başlanıldı. Bu xidməti elektron poçtlar və telefon xidmətlərində də istifadə edildi.

İnformasiya texnologiyaları özü ilə gətirdiyi yeniliklərlə həyatımıza günlük ən çox istifadə edilən terminlərdən birinə çevrilmiş “smart” sözünü gətirdi, sonra isə insana bənzər robotların hazırlanması və istifadəsi prosesini ortaya çıxartmış oldu. İndiyə qədər insana bənzərliyi ilə məşhurlaşan fərqli ölkələrin istehsalı olan robotlar mövcuddur. Bunlardan biri Toshiba firması  tərəfindən hazırlanan Junko Chiriradır. Yaponiyanın Osaka şəhərində istehsal edilmiş bu robot bir insanda olan jestlərin böyük hissəsinə sahibdir, eşitmə problemi olan müştərilərə işarə dili ilə xidmət verir, eyni zamanda Yapon, İngilis və Çin dillərində də danışa bilir və Yaponiyada bir turist məlumat mərkəzində işləyir.

Restoranların ve otellərin avtomatlaşdırılması fikri 1983-cü ildə müzakirə edilməyə başlasa da, tətbiqinə 2015-ci ildə Yaponiyanın Naqasaki şəhərində açılan otel ilə başlanılmışdır. Ümumilikdə isə ölkədə 310 mindən çox robot fəaliyyət göstərir. Hər kəsin marağına səbəb olan Henn na Hotel dünyanın ilk “robot oteli” olaraq  tarixə yazıldı və xidmət robotlarının turizm və qonaqpərvərliyə girişinin yolunu açmış oldu. Əhalisinin sayında gənclərin az olması ölkədə işçi problemini həll etmək üçün bir çox sektoru robotların istifadəsinə yönəldir. Bu eyni zamanda personal üçün ödəmələri də azaldır. Şəbəkə otel olaraq çoxalan Henn na Hoteldə girişində qonaqları insanbənzər robotlar qarşılayır, sualları cavablayırlar. Müştərilərin pasportlarını müvafiq ekranda oxutmasından və adını deməsindən sonra oteldə yerlərini ala bilmələri üçün proseslər başlayır. Lakin texnoloji inkişaflar hər zaman ilk istifadədən etibarən nailiyyət əldə edə bilmir. Ən son texnologiya ilə təchiz olunmasına baxmayaraq 2019-cu ildə oteldə robotların insanları “bezdirdikləri” aşkarlandı və müştərisini itirmək istəməyən rəhbərlik bir çox robotun fəaliyyəti dayandırdı.

Fiziki olaraq insana bənzəyən robotlar insan qədər effektiv xidmət verə bilmirdi. Robot xidmətinin erkən istifadəcisi olan bu oteldəki narahatlıqdan sonra menecerlər robotlara yazılan proqramların yenilənməsinə, müştərilərə necə faydalı ola biləcəklərinə dair fikirlər irəli sürdülər. Bu fikirlər yenilənən robotlarla yenidən daha səmərəli və məhsuldar xidmət verməyə, başqa şirkətlərin də robotlar üçün yatırımlarını bərpa etməsinə kömək etmiş oldu.

Yaponiyadan fərqli olaraq işçi sayı baxımından kıtlıq yaşamayan, informasiya texnologiyalarının inkişafında və innovasiyalarda irəli sıralarda Türkiyə Respublikasında isə 2019-cu ildən qarson robotlarının işlədiyi bir “fast food” restoranı açılmışdır. İstanbul şəhərinin Bakırköy rayonunda yerləşən  “Touch” adlı restoranda 3 ədəd qarson robot müştərilərin istəklərini yerinə yetirir. Yemək sifarişləri sensorlu masalar vasitsi ilə verilir, sifarişləri gətirdikdən sonra robotlar, yeni sifarişi gətirmək və başqa müştərilərə xidmət vermək üçün o masada işinin bitdiyinə və masadan ayrılmasına  işarə verən “getməyim üçün qoluma toxun” cümləsini deyirlər. Müştərilərin qoluna toxunmasından sonra yeni sifariş üçün məxbəxə yönəlirlər. Restoranın qonaqları isə yemək yeyərkən masalarda internettən istifadə edə bilirlər.   

Dünyada Yaponiyadan sonra ən çox robot işlədən ölkələr sıralanmasında 168 mindən çox robotu ilə Amerika Birləşmiş Ştatları, 160 mindən çox robotu ilə Almaniya yer alır, sıralama Çin, Cənubi Koreya, Brazilya  ilə davam edir. Azərbaycan isə hələ ki, xidmət robotları başqa sənaye sahələrində fəaliyyət göstərir.
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top