Türkiyədə dərman fabriki quran yeganə azərbaycanlı

ANALİTİK 06 yanvar 2021, 11:02
Türkiyədə dərman fabrikası olan yeganə azərbaycanlı “Helbailac” şirkətinin rəhbəri Vəfadar Həsənovdur.
 
Karvannews xəbər verir ki, V.Həsənov 1998-ci ildə Azərbaycan Tibb Univesiteninin Əczaçılıq fakultəsini bitirib. O, bir müddət Azərbaycan Elmi Tədqiqat İnstitutlarının birində çalışıb. 1990-cı ildə elmə müvəqqəti fasilə verib. O günlərini belə danışır:
 
“1991-92-ci illər idi. Birinci Qarabağ müharibəsinin ağır günlərini yaşayırdıq. Cəbhədən yaralı əsgərlərimiz gəlirdi. O vaxtlar dərman, məlhəm çox az idi. Demək olar ki, yetişmirdi. Gündə elə olurdu ki, 300 litrə məhlul hazırlayırdım. “Qızıl Aypara” cəmiyyətinin xətti ilə Türkiyədən və Pakistandan dərmanlar gəlirdi. Onları qruplaşdırıb adiyyatı üzrə yönləndirirdim. İxtisaslaşmış əczaçılar yox idi. Çünkü sovet sistemindən çıxmışdıq və bu dərmanlar bizə yad idi. Bizə çatan bütün dərmanlar yaralılara istifadə edilirdi. Birinci Qarabağ Müharibəsi istəmədiyimiz nəticə ilə bitdi. Ondan sonra xəstəxanadan ayrıldım və Azərbaycana dərman idxalı ilə bağlı bir şirkət qurdum. Əczaçılıq deposu açdım. Çox qıtlıq idi, deyirdilər nə gətirirsən gətir. Çünkü heç nə yox idi.  Dərman gətirmək də çox çətin idi, hər dəqiqə problemlərlə rastlaşırdıq. Sovet Hökumətindən heç nə qalmamışdı, yeni əlaqələr qurulmamışdı. Uzun zaman sonra sistemi qura bildik. Sonra ulu öndər Heydər Əliyev gəldi və ökədə qayda qanun yarandı, iqtisadiyyat gücləndi”.
 
2000-ci ildə Türkiyəyə gələn və burda şirkət quran Vəfadar Həsənov bu şirkətin Gürcütanda,  Qazaxıstanda,  Özbəkistanda da filialarını açıb:   
 
“Azərbaycandan bu işləri idarə etmək çətin oldu. Yenidən Türkiyəyəyə qayıtdım, Mersin şəhərində işimə davam etdim. Ordan ixrac etməyə başladım, Moldova, Türkmənistan, Qırğızıstanla işləməyə başladım. Amma öz markan olmadığı zaman əmək hər zaman boşa gedir. 2008-ci ildə öz markamı yaratdım. 2014-cü ildə Türkiyə bazarına çıxdıq və artıq öz markamızı satırdıq. “Herbailac” bizim markamız oldu”. 


 
Türkiyədə həm də ixtiraçı olduqlarını deyən Həsəmov orjinal dərman istehsal etdiklərini və bu dərmanlar patentini aldıqlarını bildirir:
 
“Türkiyədə ixtira ilə məşğul oluruq. Başqalarının dərmanlarını istifadə etmirik, aylarla laboratoriyalarda çalışılır, heyvanlar üzərində təcrübə keçirik və lisenziyasını aldıqdan sonra istehsala keçirik. Bitkisəl dərman istehsal etmək çox asandır, biz daha çox kimyasal dərmanlar üzərində işləyirik. Çünkü bazarda buna ehtiyac var. Rusiya bu işdə hazırda çox geridə qalır, Türkiyədə çox boşluq var. Amerikada və Avropa ölkələrində istehsal edilən dərmanlar var. Məsələn, 5 il sonra patent müddəti bitir, indidən onları almaq üçün işlərə başamışıq”.
 
 Məhsəti Şərif














 

DİGƏR XƏBƏRLƏR

Loading
Top