Türkiyədə sağlıq güvəndə - Məhsəti Şərif yazır

ANALİTİK 23 dekabr 2020, 11:41
Karvannews.com Məhsəti Şərifin “Türkiyədə sağlıq, siğorta” adlı araşdırma yazısını təqdim edir.

Türkiyədə yaşamağa başlayanda ən çox məni cəlb edən və təqdir etdiyim məsələrdən biri də sağlıq quruluşudur. Burda səhiyyə sistemi yüksək səviyyədə tənzimlənib. Öncəliklə sağlıq siğortasının olması insanların səhiyyə sistemi ilə bağlı ölkə vətəndaşları problem yaşamır. Burda dövlət xəstəxanaları pulsuzdur. Amma səhiyyə sistemi elə tənzimlənib ki, insanlar hər biri çox rahatlıqla müayinə və müalicə ala bilir. Qeyd edim ki, 18 yaşına çatmayan hər bir vətəndaş siğortası olmasa belə səhiyyə sistemindən yararlanır. Xəstəxanaların bu yaşa qədər hər kəsə siğorta olmadan baxmaq məcburiyyətindədir. Bundan başqa az yaşlı uşaqlar ana və ya atanın üzərindən siğortadan yararlana bilir. Bir misal çəkərsəm, məsələ daha sadə dillə aydınlaşar. Mən Türkiyə vətəndaşı deyiləm və bu ölkədə sağlıq siğortam yoxdu. Xarici vətəndaş sayılsam belə, bu ölkəyə gəldiyim ilk gündən həyat yoldaşımın siğortasından yararlanır və xəstəxanalarda müayinə edilir.  Xəstəxanalar sistemli çalışır. Hazırda Səhiyyə nazirliyinin 182 randevu xidməti fəaliyyət göstərir. Türkiyə vətəndaşı olan və burda müvəqqəti kimliklə yaşayan minlərlə xarici vətəndaş  bu sistemdən istənilən dövlət xəstəxanasına adiyyatı üzrə həkimə randevu ala bilir. Randevu alındıqdan sonra verilən saatda xəstəxanaya gedilir və nömrə alınaraq, sıraya girilir. Sıran gəldikdə isə baykot nömrəsi ilə müayinə olunur, qan təhlilləri verilir. Alınan randevu 10 gün ərzində keçərlidir. Bu 10 gün içində müalicənizin göstərdiyi əks təsir və ya başqa problemlər olursa yenidən randevu almadan həkiminizə müraciət edə bilirsiniz.
 
Siğortan yoxsa evlənmə  
 
Qeyd edim ki, istənilən xəstəxanada 65 yaş üstü, şəhid ailələri, qazilər və onların övladlarına öncəlik verilir. Bu arada artıq dövlət vətəndaşlara yeni bir sistem yaradıb. MHRS adlanan sistemdən qeydiyyatdan keçən vətəndaşların 182 xidmətini aramağa ehtiyacı qalmır.
 
İstənilən şəxs internet üzərindən həkimi seçir, randevu alır və verdiyi qan və digər analizlərin cavabını da randevu koduyla internetdən izləyə bilir. Sağlıq siğortan varsa apteklərdə də dərmanları endirimlə alırsan. Bundan başqa daimi istifadə etdiyin, bir ömür boyu (6 ay, 1 il, 3 ay hətta 1 ay belə ola bilər) istifadə etdiyin dərmanlara xəstəxanadan rapor verilir. Bu sənədə uyğun olaraq apteklər vətəndaşa dərmanları pulsuz təmin edir. Siğorta nədən bu ölkədə bu qədər önəmlidir? Bəli, Türkiyədə artıq bu sistem o qədər inkişaf edib ki, hətta qız istəməyə gələn ailələrdən oğlunun təhsili, evi var sualı yerinə siğortası varmı deyə soruşurlar.
 
Siğortanın da bir neçə aşaması var. Məsələn, əməkli siğortası, məcburidir. Qanunla tənzimlənən siğortayla çalışaraq pensiyaya çıxan yaşlılar siğortalanır. İş hayatının ən azı on da doqquzu qədər qanuni sağlıq siğortası ilə yaşayan insanlar bundan rahatlıqla faydalanır. Dul qadın və ya kişi, yetimlərə bağlanan əməkli maaşında isə vəfat edən insanın keçmişdəki siğortasının gününü doldurması gərəkir.
 
Qeyd edim ki, 2000-ci ildə qəbul edilən müvafiq qanuna görə əməkli olmaq üçün 7 min iş günün olması və siğortanın ödənməsi vacibdir.  Siğorta günü dolmayan insanlar əgər 65 yaşına gəlmişsə əməkli olur, amma 7 min iş gününü dolduran insanla eyni əməkli maaşını ala bilmir. Bu üzdən də Türkiyədə siğorta çox önəmlidir.  
 
Yetim aylığı
 
Türkiyədə yetim aylığı deyə bir tabirdə var. Bunu da sadə dillə yazmağa çalşacam ki, prosesi tam izah edə bilim. Məsələn, ölən həyat yoldaşı işləmiş və siğortalı olmuşsa və ya əməkli olduqdan sonra vəfat etmişsə, onun ailəsi vəfat edənin maaşı ailəsinə verilməyə davam edir. Əgər ailədə həm ata həm ana vəfat etmişsə övladlarından biri ya atanın ya ananın maaşına baglana bilir. Təbii çalışmayan və dövlətə siğorta ödəməyən övlad bu haqqa sahibdir. O övladın yaşı önəm daşımır. 80 yaşlı biri də 40 il əvvəl vəfat edən valideynin maaşını alma haqqına sahibdir. Təbii ki, vətəndaş evli deyilsə və işləmirsə. Hər iki halda maaş kəsilir.
Maaşlar necə verilir. Dul həyat yoldaşı 75 faiz, bir dul və uçağı 60 və 30 faiz, dul və ya 3 dən çox uşağı olan qadın və ya kişi maaşı 50 faiz olaraq bölüşürlər. Yəni tək uşağı olan 50, 2 uşağı olan 40, 3 dən çox uşağı olan qarşı tərəfin maaşını 100 fazi alır.  Maaş 1000 türk lirasının üzərində hesablanır.
 
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top