Unudulan həqiqət - Ekoiqtisadiyyat - Şəbnəm Karslı yazır

ANALİTİK 24 dekabr 2020, 10:32
Karvannews.com Şəbnəm Karslının “Unudulan həqiqət – Ekoiqtisadiyyat” yazsını təqdim edir.
 
Təbiət ekologiyanın təməlidirsə, həyat da iqtisadiyyatın təməlidir. Həyatı qoruyan təbiəti də qorumalıdır. Və beləliklər Ekoiqtisadiyyat termini həyatımıza son əsrdə daxil oldu. Buna qədər isə terminin hər iki hissəsi – yəni həm ekologiya, həm də iqtisadiyyat bir-birinə bağlı olmayan iki fərqli sahə olaraq öyrənilir və tətqiq edilirdi. Günümüzdə də ekoloqlar və iqtisadiyyatçılar bir çox hallarda öz tətqiqat sahələrini bir birilərindən ayırırlar. Ekologiya, canlıların təbii mühitdə varlıqlarını, bir-biriləri ilə əlaqə və təsir imkanlarını öyrənir. İqtisadiyyat isə istehsalat, sərmayə, istehlak üçbucağını, insanların bu proseslərə münasibətini araşdırır.
 
Ekoiqtisadiyyat isə istənilən təbii mühitdə həyatın davamlılığını təmin etmək, insanın təbii, iqtisadi, siyasi və mədəni mühiti ilə olan əlaqəsizliklərini tədqiq edib çözməyə hesablanmış bir elm sahəsidir.
 
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qabil Həsənov Ekoiqtisadiyyat terminin açıqlamasını bu şəkildə vermişdir: “Bəşəriyyətin inkişaf etmiş ölkələrinin tərəqqipərvər övladları haray-həşir salıb həyəcanla elmi faktorlara əsaslanaraq elan edirlər. Üstündə yaşadığımız, havasını udduğumuz, suyunu içdiyimiz, təbii sərvətlərini təsəvvürə gəlməyəcək dərəcədə talan edib, viranəliyə çevirdiyimiz Yer kürəsi bütün canlı aləmin evidir, sığınacağıdır, onun sərvətlərindən səmərəli, düşünülmüş istifadə etməlisiniz. Təbiət şıltaqdır, amma onunla şıltaqlıq etməyi sevmir".
İqtisadi tarazlıqların və dünyanın ekoloji tarazlıqlarının dəyişməsi ətraf mühit, siyasi, mədəni və iqtisadi məsələlərin bir-biri ilə əlaqəli bir bütövlükdə və davamlılıqla həll olunmasını zəruri edir. Çünki dünyanın çoxşaxəli ətraf mühiti, köklü iqtisadi, çox vacib siyasi və dərin mədəni problemləri var. Bu səbəbdən, bütün ölkələrdə həyat zəmanəti olan ekologiya iqtisadiyyatı və iqtisadiyyat ekologiyası ilə bağlı işlər aparılır.
 
 
Fransada istehsal edilmiş paltarları geyinən insanlar, Hindistanda pambıq istehsalçılarına, Braziliyada və Türkiyədə milyonlarla parça fabriklərinə və bunlar da istehlakçıların həyatına təsir edir. Bütün dünyada gündəlik həyatın toxunulmaz bir hissəsinə çevrilmiş motorlu nəqliyyat vasitələrinin işlənmiş qazları, dünyanın üzləşdiyi ekoloji problemlərə siyasi, iqtisadi, ekolojik və yeni əxlaqi normlar gətirir. İnsanların təbii sərvətlərin pulsuz olduğunu düşünməsi dünyanın tarazlıqlarını alt üst edir.
 
Ekologiyanı iqtisadiyyatdan və iqtisadiyyatı ekologiyadan ayıranlar fiziki məhsul və xidmətlər istehsalından daha çox maliyyə məhsulları və xidmətlər istehsalında rəqabət aparırlar. Yarış nəticəsində canlılar arasındakı təbii qanunlardan əvvəl insanların əlindəki təbiiliyini itirən qanunlar, həyatın bütün ölçülərində kilo və əhəmiyyət qazanır. Təbiiliyini itirmiş iqtisadiyyat, insanlardan daha çox inhisarçılara xidmət edir, onları gücləndirir.
 
Ekologiyada olduğu kimi, iqtisadiyyatda da inhisar yox, çox şaxəli bir quruluş olmalıdır. Ekologiyada bütün canlılar arasında bənzərsiz bir harmoniya və nizam olduğu kimi, iqtisadiyyatda da bənzərsiz bir harmoniya və nizam olmalıdır. Ekologiya təbiətin mahnısıdır, həyat iqtisadiyyatıdır. Təbiət mahnısının sözləri olmadan həyat mahnısı bəstələnmir.
 
Ekoloji şüur ​​və iqtisadi şüur ​​ümumi sahələrini itirirsə, insanlar su, hava və torpaq, ətraf mühit, mədəniyyət, siyasət və iqtisadiyyatı ilə çirklənirlər.
 
Lakin onu da nəzərə almaq lazımdır ki, iqtisadi-ekoloji faktorları araşdırdıqda ekoloji audit hələlik geniş tətbiq edilmir. Audit fəaliyyətinin inkişafına maneçilik törədən amillərdən əsası qanunlarda boşluğun yaranmasıdır. Sifarişçilərin bir çoxu ixtisaslaşdırılmış ekoloji auditin aparılmasında maraqlı deyildir.
 
Ekologiyanın iqtisadi göstəricisi, yeni fəaliyyətə başlamış sahənin aparıcı funksiyası ekoloji marketinqdir. Ekoloji marketinqin məzmun və tərkibi ətraf mühitin mühafizəsində təbii sərvətlərdən istifadə edilməsi üzrə iqtisadi səmərəliyin toplanmış əyani-real məlumatlarla görülmüş və görülə biləcək tədbirlərin qiymətləndirilməsidir. Burada başlıca olaraq nəzərə almaq lazımdır ki, ekoloji marketinq, cəmiyyətin və təşkilatların məqsədlərinə uyğun dəyişən ətraf mühit amillərinin əhatəsində qarşılıqlı əlaqəni təmin etmək üçün ekoloji şərtləri müvafiq normativlərlə ödəyə bilən məhsulları, xidmətləri və ideyaları yaratmaq, inkişaf etdirmək, qiymətini müəyyənləşdirmək, ekoloji proqramını hazırlamaq və həyata keçirməkdir.

Beləliklə, ekologiya və iqtisadiyyat problemləri müasir şəraitdə ekoloji sahibkarlıq daxilində ekoloji menecment, təbiətdən istifadənin ekoloji-iqtisadi təhlili, proqnozlaşdırılması və planlaşdırılmasında ekoloji audit və nəhayət, marketinqin sosial bazasında isə ekoloji marketinqin şəraitə uyğun işlək mexanizmləri qarşılıqlı əlaqələndirilir, bütün sahələrdə hər üçünün hüquqi problemləri bir daha müəyyənləşdirilir.

Ekoloji-iqtisadi proqnozlaşdırmanın əsaslarından biri tarazlı inkişaf modelinə keçid konsepsiyasıdır. Hər bir ölkə özünəməxsus meyarlara malikdir.

Modelin keçid konsepsiyasında onun vəzifələri, koordinasiyaları, istiqamətləri və tarazlı inkişafa keçid şərtləri, habelə qərar qəbul edilməsi və həmin qərardan irəli gələn inkişafın dəqiq rəsmi göstəriciləri müəyyən edilməlidir. Konsepsiyanın bu rəsmi faktorları, yəni anları proqramların funksiyalarının formalaşdırılması üçün əsas ola bilər. Ekologiya və iqtisadiyyatın qarşılıqlı əlaqələndirmələrinə istinad edilərək təbiəti mühafizə tədbirlərinin qiymətləndirilməsi, onun iqtisadi səmərəsinin nəticəsi zəruridir. İqtisadiyyatda həmişə resurs azlığından ən yaxşı variant seçmək üçün imkanlar müəyyən edilməlidir.

Ekoloji iqtisadiyyatın ən vacib prioriteti tədbirlərin ödənilməsi şərtlərini təbii sərvətlərdən səmərəli istifadə etməklə atmosferin qorunması olub, müxtəlif üsulların tətbiqi ilə həyata keçirilir.
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top