Müharibə turizmi: Dünyada və Azərbaycanda

ANALİTİK 24 dekabr 2020, 12:46
Müharibə şəraitində olmayan insanların savaşı canlı olaraq görmək və savaşdan sonrakı vəziyyətə baxmaq istəklərinin son illərlə çoxaldığı ortaya çıxmışdır.

Dövlətlərin güc nümayiş etdirməsi nəticəsində ortaya çıxan savaşlardan sonra dağılmış şəhərlər, kəndlər, xüsusi amansızlıq ilə öldürülmüş insanların cəsədləri qalır. Bütün bunlar isə macəra axtaran turistlərin diqqətini çəkir. Hələ Qədim Roma tarixindəki əksəriyyətini qullar, əsirlər və cinayətkarlardan ibarət olan və tamaşaçıları əyləndirmək məqsədi güdən “Qladiator döyüşləri” döyüş və macəra  anlayışının təməl fikirləri ola bilər. Müharibə turizminin böyüməsini ölçmək üçün rəqəmlər tapmaq asan olmasa da münaqişə bölgələrinə və siyasi cəhətdən qeyri-sabit bölgələrə səyahətləri əhatə edən savaş turizmi son zamanlarda sürətlə inkişaf edir. Tətilini keçirməyə dinc ölkələr və şəhərlər axtarmaq yerinə, hadisələrdən sonra xarabalıqları görmək üçün dağıntının olduğu yerdə olmaq istəyənlərin, cəbhə bölgəsinə ezam olunmuş müxbirlərə həsəd aparanların sayı heç də az deyil. Savaş bölgəsindən və ya savaşın qalıntılarından video çəkən və blog yazanların, sayı yetəri qədərdir.
 
I Dünya Müharibəsi
 
Fransız İnqilabı ilə birlikdə yayılan millətçilik anlayışı müharibənin başlanğıc səbəbi olmuş, başqa dövlətlərin  müstəqillik istəkləri, dəyərli xammal axtarışı isə davam etməsinə səbəb olmuşdur. Savaşın “Qərb bölgəsi” olaraq adlandırılan bölgəyə olan turizm axını müharibə turizminə olan nümunələrdən biridir. Qərb bölgəsinə daxil edilən yerlərə Belçika, Şimal-Şərqi Fransa və Qərbi Almanya daxilində Şimal dənizindən İsveç sərhədinə qədər uzanan ərazilər aiddir. Müharibə qurtardıqdan sonra  burada 6 milyon əsgərin şəhid olduğu, 300.000 əsgərin isə məzarının olmadığı müəyyən olunmuşdu.
 
Başqa bir nümunə indiki Türkiyə Respublikasının Çanaqqala şəhərində 1915-ci ildə Osmanlı və Müttəfiq dövlətlər arasında baş vermiş, tarixə və insanların yaddaşına “Çanakkale  geçilmez” sözü ilə həkk olunmuş müharibədir. Savaşı göstərən “Gelibolu” sənədli filmi və “Çanakkale yolun sonu” filmləri çəkilmişdi. 250.000-dən çox Türk əsgərlərinin şəhid olduğu, 3.000 Azərbaycan türkünün də iştirakının qeydə alındığı Çanaqqala Müharibəsindəki şiddətli atışmalar zamanı havada bir-birinə çaxılmış güllələr savaşdan sonra toplamış və o illərdə oralarda yaşanan dəhşəti göstərmək üçün “Gəzən Muzey” layihəsi ilə turistlərin daha çox gəldiyi şəhərlərə gətirilmişdi. Bu layihə hazırda da davam edir, giriş pulsuzdur. Çanaqqalada olan muzeyin giriş qiyməti isə 12 Türk lirəsidir.
 
II Dünya Müharibəsi
 
Müharibədən sonra qalıntıntıları ilə 75 ildir dünyaya atom dəhşətini göstərən  Yaponiyanın  Xirosima şəhərinə atom bombası 1945-ci il 8 Avqust  günü ABŞ prezidenti Harry S.Truman tərəfindən verilən əmrlə atılmışdı. Bombanın atıldığı ilk anda 70.000 insan həlak oldu, sonradan radiasiya  səbəbi  ilə ölənlərin sayı  90.000 olmuşdur və 1945-ci ilin sonuna  qədər ölənlərin sayı 140.000-i keçdi. 1959-cu ildə Xirosima haqqında çağdaş povest filminə nümunə olan filmlərdən biri kimi qəbul edilən “Xirosima sevgilim” filmi çəkilmişdi. Şəhərin yerlə yeksan olmasını sərgiləyən “Xirosima Sülh Xatirə Muzeyi” yaradılmışdı və ziyarətçisi 1 milyona yaxındır. Muzeyə giriş haqqı 11,50 Amerika dollarıdır.
 
Bütün dünyada faşizm və ya Hitlerdən bəhs edildikdə konsentrasiya düşərgələri yada düşür. Ölüm tarlaları olaraq adlandırılan konsentrasiya düşərgələri, insanlıların faciəvi  şəkildə  məhv edilməsi  idi. Bu düşərgələr müxtəlif səbəblər üçün istifadə edilməklə yanaşı, məcburi əmək, tranzit stansiyalar  və əsasən kütləvi qətl üçün inşa edilmiş. 14 iyun 1940-cı ildə düşərgə quruldu. Bu tarixdən sonra vaqonlara yığılmış ölüm sərnişinləri 1,1 milyon yəhudi, 150.000 polşalı, 23.000 rumın, 15.000 Sovet  Qızıl Ordu məhbusu və  25.000 digər millətlərdən olan insanlar buraya  gətirildi. Yəhudilərin kütləvi məhv edilməsini asanlaşdırmaq üçün qətl mərkəzlərini Polşada, yəhudilərin çox olduğu yerdə açdılar. İlk öldürmə mərkəzi olan Chelmno, 1941-ci ilin Dekabrında açıldı. Burada yəhudilər və rumınlar səyyar qaz maşınlarında qazla öldürüldülər. 1942-ci ildə nasistlər Belzec, Sobibor və Treblinkada işğal olunmuş Polşanın içərisində yəhudiləri sistematik şəkildə öldürmək üçün qətl mərkəzləri açdılar. Auschwitz düşərgə kompleksində yerləşən Birkenau öldürmə mərkəzində dörd qaz kamerası var idi. qaz kamerasında hər gün qazla öldürülən Yəhudilərin sayı 6000 nəfərə çatırdı. Yəhudilər əvvəlcə Polşadakı qətl mərkəzlərinə gedərkən Hollandiyadakı Westerbork və ya Fransadakı Drancy kimi müvəqqəti düşərgələrə sürgün edildi. Müvəqqəti düşərgələr çox vaxt qətl mərkəzinə göndərilmədən əvvəl son dayanacaq olurdu. Düşərgənin girişində “Arbeit macht frei” (İşləmək azadlıqdır) şuarı yer almışdır.
Konsentrasiya düşərgələrindəki hadisələri  Amerika Birləşmiş Ştatları istehsalı olan “Schindler’s List”  filmində, İtalya istehsalı olan “Life Is Beautiful” filmində və Fransa istehsalı olan “Train of Life” filmlərdə izləmək mümkündür. İnsanların o zamanlar cəhənnəminə çevrilmiş ərazidə “Auschwitz-Birkenau Dövlət Muzeyi”  yaradılmışdır,  Auschwitz Nazi Düşərgəsinə giriş 60 PLN-dir. Ödənişdiş girişlər isə saat 17:00 –dan 19:00 arasında olur , bələdçi ilə səyahət etmək tövsiyə olunandır və  330 PLN-a yaxın ödəmə olunur.
 
Yeni tarix
 
Yeni tarixə aid olan Avropadakı  dəhşətlərdən biri Bosniya  Soyqırımı, bu günkü  Bosniya  və  Herseqovina  Respublikası  ərazisindəki serblərin Bosniyaya  qarşı 1992-1995 arasında “Bosniya Döyüşü” sırasında törətdikləri bir soyqırımdır. 11 İyul 1995-ci ildə olan, Beynəlxalq Qırmızı Xaç Təşkilatının məlumatına görə, Bosniya və Herseqovinada 312.000 nəfər öldürüldü. Bu itkilərin təxminən 200.000-i dünyanın gözləri qarşısında soyqırıma məruz qalan Bosniyalılara məxsusdur. Qırğınlar zamanı mülki şəxslərin öldürüldüyü və dəfn olunduğu kütləvi məzarların yeri məlum deyildi və bir çoxu hələ də bilinmir, “Ana, uşaqları balaca güllə ilə öldürürlər?” sözü ilə insanların yaddaşında qalan bu qətliam insanlıq tarixinin en qara səhifələrindən biridir. II Dünya Muharibəsindən  sonra Avropada  edilmiş ən büyük insan qətliamı olan bu soyqırım “Srebrenitsa” və “Jepa qırğınları” olaraq anılır.
 
2003-cü ildə Srebrenitsa Soyqırımı abidəsinin təməli 15.000 nəfərlik insanın iştirakı atıldı. İlk abidə isə 20.000 insanın iştirakı ilə 2002-ci ilin İyul ayında açıldı. Soyqırımın ilk 600 qurbanı 2002-cü ilin Mart ayında burada dəfn olundu.  “Mavi Kəpənək” filmində Srebrenitsa soyqırımı canlandırılmışdır. “İnsanlığa qarşı Suç və Soyqırım muzeyi” Saraybosnada yerləşir, digər adı ilə  “Srebrenitsa Muzeyi”-ni  ziyarət etmək və ya sərgilərə baxmaq üçün bilet və giriş haqqı ödənmir, bununla birlikdə kiçik və böyük qruplardan halında gəzinti və turlar təşkil olunur,  Bosniya və ya İngilis dilində mövcud olan sənədli film nümayişində 1995-ci il hadisələri haqqında tarixi məlumat verilir. Muzeydaxili mütəxəssislə sual-cavab sessiyası, xatirə qəbiristanlığında gəzinti və sərgiləri ziyarət etmək imkanları mövcuddur. Muzeyin virtual versiyası yaradılıb.
 
Azərbaycan tarixində yaşanan erməni vəhşilikləri. XX əsrin əvvəlləri
 
1918-ci ildəki erməni vandallarının Azərbaycan xalqına etdikləri etnik təmizləmə və soyqırım Qubada təsadüfən tapılan toplu məzarlıqlar ilə gün üzünə çıxartmışdır. Hər toplu məzarda 400-ə yaxın insan sümükləri vardır və sümüklər incələndiyində uşaq, gənc, qadın və yaşlı demədən hansı vəhşiliklərlə, işgəncələrlə öldürüldükləri ortaya çıxmışdır. Sadəcə Qubada 17 min müsəlman Türk qətl olunub. 9 Mayda Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun gəlişi ilə bu qırğın dayandırıldı. Erməni silahlı qrupları 122 kəndi tamamilə dağıtdı, evləri də daxil olmaqla 380 ailəni yandırdı. Bəzi şahidlərə və müxtəlif sənədlərə görə, azərbaycanlılarla birlikdə 3000-ə qədər dağ yəhudisi öldürüldü.
Prezident İlham Əliyev  2009-cu il 30 Dekabrda  “Quba Soyqırımı Memorial Kompleksi”-nin yaradılmasına sərəncam  vermişdir.  Kompleks Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olmuşdur. 2014-cü ildə “31Mart Soyrımı” sənədli, qısa metrajlı tarixi filmi çəkilmişdir.
 
Azərbaycanda yeni və ən yeni tarix
 
Azərbaycanda 1990-cı ildə olan “20 Yanvar” hadisəsi yaxın tarixdəki qətliamlardan biridir. Bakı, Gəncə və Lənkəranda yüzlərlə insan XI Qızıl Ordu tərəfindən amansızlıqla öldürüldü.  Hadisə zamanı şəhid olanlar Bakıda Dağüstü park deyilən yerdə dəfn olundu və o gündən sonra oranın adı Şəhidlər Xiyabanı olaraq dəyişdirildi. “20 Yanvar” hadisəsinə aid abidələrdən biri Biləcəri qəsəbəsində yerləşən “Güllə yağışı” adlı abidə, bir digəri isə Yasamal rayonu ərazisində yerləşən 20 Yanvar abidə-kompleksidir.
 
1992-ci ildə 613 Azərbaycan vətəndaşının ermənilər tərəfindən qətlə yetirilməsi tarixə düşən, insanlığın dramı olan dəhşətli Xocalı Soyqırımı Qarabağ bölgəsində yaşanmışdır. 150 nəfər əsirin isə hazırkı vəziyyəti və həyatı ilə hələ də heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun binasında  “Memorial Soyqırım Muzeyi” yaradılmışdır və girişi ödənişsizdir. Soyqırım haqqında 1993-cü ildə Azərbaycan istehsalı olan “Fəryad” filmi şəkilib, 2017-ci ildə Los-Anceles şəhərində amerikalı kinematoqraflar “Running from the Darkness” sənədli filmi nümayiş olunub. Bakıda “Ana Harayı” Hollandiyada, Almayada, Bosniya və Hersoqovinada, Türkiyənin 4 şəhərində (Ankara, İzmir, Kocaeli ve Sakarya) “Xocalı Soyqırımı Abidəsi” ucaldılmışdır.
 
Azərbaycanda ən yaxın tarixdə olmuş dağıntılar isə  I Qarabağ  Müharibəsindən sonra ermənilər tərəfindən dağıdılan kənd və şəhərlərin, mədəniyyət mərkəzlərinin, abidələrin, məscidlərin, kilsələrin, məktəblərin, xəstəxanaların, bağçaların qalıntılarıdır. Azərbaycan memarlıq üslubunun nümunəsi olan abidələr də daxil olmaqla  Qarabağ bölgəsində  2000–dən artıq tarixi və mədəni abidələr qeydə alınmışdır. 30 il əvvəl firavan yaşayan insanlar və şəhərlər haqqında, gəzməli-görməli yerlər haqqında bu gün eyni sözü demək mümkün deyil. 2020-ci ilin 27 Sentyabr tarixində Qarabağda başlayan Vətən Müharibəsində Azərbaycanın 2783 nəfər hərbi qulluqçusu  şəhid oldu,  103 nəfər hərbi qulluqçunun şəxsiyyətinin müəyyən edilməsi  və ailəsinin tapılması üçün   DNT analiz metodu ilə üzrə işlər davam etdirilir, 100 nəfərdən artıq hərbi qulluqçu  itkin düşüb,  1245 nəfər hərbi qulluqçunun isə müalicəsi davam edir.
Vətən Müharibəsi 10 Noyabrda bitdi, savaş yolu ilə sonuncu azad edilən şəhər  Qafqazın incisi Şuşa şəhəri oldu və həmin gün də Azərbaycan tarixinə 8 Noyabr “Zəfər Günü” olaraq yazıldı.
 
Vətən müharibəsindən sonra sosial mediada paylaşılan şəkillər en yeni tarixdə vandalizmin götüntüləridir.  İşğaldan azad edilən ərazilərdə ermənilərin 30 il əvvəl dinc əhalidən aldıqları maşınların qeydiyyat nömrələrindən divar hördükləri və tarixi saxtalaşdırmaq üçün hazırladıqları daşları kimyəvi məhsullarla dəyişdirərək qədim tarixə aid nümunə kimi Qarabağ ərazisinə yerləşdirdikləri dəlil olaraq ortaya çıxdı.  Bu gün ermənilərin Qarabağı tərk edərkən belə verdikləri zərərlər ictimaiyyət qarşısında canlı olaraq yayınlanmalı eyni zamanda I Qarabağ Müharibəsində və Vətən müharibəsində məhv edilmiş yerlər dünyaya göstərməlidir. Vətən Müharibəsində Qarabağda olan müxbirlər və blogerlər daha çox ermənipərəst davrandılar, Gəncəyə, Bərdəyə və Tərtərə atılan roketlər nəticəsinə ölən 100-dən çox dinc əhalini və körpələri görməzdən gəldilər və dünyanın diqqətinə çatdırmadılar.
 
Pandemiya səbəbi ilə Azərbaycana gələ bilməyən lakin dağıdılmış yerləri görmək istəyən  turistlər üçün virtual gəzinti təşkil olunmalıdır. Bu həm Qarabağın bərpası üçün dövlət büdcəsinə dəstək verməklə birlikdə, həqiqətləri də dünyaya çatdırmağın bir yoldur.
 
 
Şəhla Çakar
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top